ABŞ bu ölkələrlə birgə hərbi təlimlərə başladı
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
İsveç Silahlı Qüvvələrinin mətbuat açıqlamasına görə, İsveç, ABŞ və Finlandiya Botniya körfəzinin cənubunda hərbi təlimlər keçirir. Təlimlər birgə hava hücumundan müdafiə, dəniz hədəflərinin vurulması, kiçik kalibrli sursatların istifadəsi və ortaq vəziyyət barədə məlumatlılığın inkişaf etdirilməsinə yönəlib.
Təlimlərdə Krallıqdan "Karlstad" korveti, Finlandiyadan "Hämeenmaa" minaaxtaran gəmisi və ABŞ-dan "Paul Ingnatius" esminesi iştirak edir.
Mətbuat açıqlamasında qeyd olunur ki, Botniya körfəzi, xidmət etdiyi dəniz yollarına görə İsveç, Finlandiya və NATO üçün böyük əhəmiyyət kəsb edir və bu yollar vasitəsilə həm sülh dövründə, həm də böhranlar və müharibələr zamanı böyük həcmdə yük və avadanlıq daşınır. İsveç və Finlandiya orada müntəzəm olaraq təlimlər keçirir, digər müttəfiqlərin iştirakı isə nadir haldır.
İsveç Hərbi Dəniz Qüvvələrinin Əməliyyatlar üzrə rəisi Paula Vallenburq mətbuat açıqlamasında bildirib ki, "NATO-nun kollektiv müdafiəsi alyansın bütün ərazisini əhatə edir və biz lazım olan yerlərdə təcrübə aparmalıyıq".
Bu mövzuda digər xəbərlər:ABŞ bu ölkələrlə birlikdə təlimlərə başlayıb
15 Yanvar 2025 13:45
Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq
11 Oktyabr 2025 18:53
ABŞ bu ölkələrlə iyunda hərbi təlimlər keçirəcək
12 May 2026 11:07
Polşa bu ölkələrlə sərhəddə yoxlamalara başladı
08 İyul 2025 10:58
Filippin və ABŞ birgə hərbi təlimlərə başladı
07 Aprel 2025 16:15
Baxış sayı:126
Bu xəbər 08 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















