ABŞ bu ölkələrlə birlikdə təlimlərə başlayıb
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 15-də ABŞ, Cənubi Koreya və Yaponiya ən azı bir B-1B bombardmançısının iştirakı ilə birgə hava təlimləri keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Yonhap” Cənubi Koreya Müdafiə Nazirliyinin mesajına istinadən yazır.
Bildirilib ki, təlimlər Şimali Koreyanın bu yaxınlarda hipersəs ballistik raketlər və qısa mənzilli raketlər buraxmasından sonra keçirilib.
Üçtərəfli təlimlərə Cənubi Koreyanın F-15K qırıcıları və Yaponiyanın F-2 qırıcıları da qatılıb. Hər üç tərəf sonuncu dəfə 2024-cü ilin noyabrında belə təlimlər keçirib.
Son təlimlər bu ayın əvvəlində hipersəs ballistik raketin buraxılması kimi Pxenyandan gələn inkişaf edən nüvə və raket təhdidlərinə qarşı birgə çəkindirmə və cavab imkanlarını gücləndirmək üçün keçirilib.
Qeyd edək ki, noyabrın əvvəlində ABŞ və Cənubi Koreya hərbçiləri hücum pilotsuz təyyarələrinin iştirakı ilə ilk birgə təlimlərini keçiriblər.
Günel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















