İlqar Məmmədov: “Paşinyanın bəyanatı olduqca axmaq və zərərlidir”
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Yeni Konstitusiya layihəsini bugün təqdim edərkən, Paşinyan onun altına daha bir məna bombası qoymaqdan çəkinmədi. Dedi ki, əvvəlki konstitusiyalar “azad səsvermə yolu ilə qəbul edilməmişdi”. Bu olduqca axmaq, zərərli bir bəyanatdır. Çünki indi təklif olunan mətni də sonralar xalqın iradəsindən uzaq bir sənəd kimi rədd eləmək üçün gələcək Ermənistan hökumətlərinə örnək verir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Paşinyan Konstitusiyanın xarici təzyiq altında qəbul olunması iddiasını bir daha inkar etdi: Online alış-veriş
“2 həftə əvvəl parlamentin sədri Ruben Rubinyan da özünün qarışıq bəyanatı ilə elə təəssürat yaratmışdı ki, guya Ermənistanın indiki rəhbərliyi yeni Konstitusiyanı rəsmi Bakı ilə müzakirə edə bilər. Bu hadisə də Ermənistanın sonrakı hökumətlərinə, yalan da olsa, “sənəd Azərbaycanın basqısı ilə qəbul edilib və erməni xalqının iradəsini əks elətdirmir” deməyə imkan verəcək.
Xəbərlərə əsasən, elə bugünkü video açıqlamasında də Paşinyan Konstitusiyanın xarici təzyiq altında qəbul olunması iddiasını bir daha inkar etdi. Bu cür inkaretmələrin sayının çox olması əslində, sözügedən iddianı tarixi gələcəkdə gücləndirə bilər. Çünki deyəcəklər ki, "belə bir şey yox idisə, 2 dəqiqədən bir onu niyə inkar edirdin?"
Konstitusiyanın dəyişdirilməsi tələbini sülh anlaşmasının əsas şərti kimi qoymaq Azərbaycanın ən ciddi xarici siyasət yanlışlarından biridir. Təəccüblü deyil ki, Ermənistan dövləti istədiyi məna bombalarını yeni Konstitusiyanın qəbulu altına yerləşdirir. Hüquq yozma sevdası ilə sülhü bərkitmək mümkün deyil. Sülh, siyasi-iqtisadi əlaqələrə, qarşılıqlı etimadın artmasına və beynəlxalq öhdəliklərə əsaslananda möhkəm olur”.
Baxış sayı:80
Bu xəbər 23 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















