Icma.az
close
up
RU
ABŞ da 6 yaşlı fələstinli uşağı öldürən şəxsə 53 il həbs cəzası verilib

ABŞ da 6 yaşlı fələstinli uşağı öldürən şəxsə 53 il həbs cəzası verilib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Çikaqo şəhərində 6 yaşlı Fələstin əsilli amerikalı Vadea Əl-Fayoumeni müsəlman olduğu üçün 26 bıçaq zərbəsi ilə öldürən Cozef Czuba 53 il həbs cəzasına məhkum edilib.

Bizimyol.info "trthaber"ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Çikaqo şəhərində baxılan işdə məhkəmə 2023-cü ildə 6 yaşlı Fələstin əsilli amerikalı uşağı öldürən, anasını isə ağır yaralayan Czuba ilə bağlı hökmünü açıqlayıb.

Məhkəmə mart ayında münsiflər heyəti tərəfindən "qətl" və "nifrət" cinayətlərində təqsirli bilinən amerikalı Czubanı 53 il müddətinə azadlıqdan məhrum edib.

Hakim müdafiə qrupunun “Czuba ədalətli mühakimə olunmaması” ilə bağlı etirazını da rədd edib. Müdafiə tərəfi hökmə yenidən baxılması üçün müraciət edib və bu iclasın mayın 7-də keçiriləcəyi bildirilib.

14 oktyabr 2023-cü ildə ev sahibi, 71 yaşlı Cozef M. Czuba Çikaqonun cənub-qərbindəki Plainfield məhəlləsində 32 yaşlı fələstinli ana Hanaan Şahin və onun 6 yaşlı oğlu Vadea Əl-Fayoumeyə evlərində bıçaqla hücum edib.

Veyll Kount Şerif Bürosu verdiyi açıqlamada uşağa 26 bıçaq zərbəsi vuran Czubanın "uşağın və anasının müsəlman olması və İsrail-Fələstin münaqişəsi" ilə bağlı olduğunu bildirib.

Vadeanın aparıldığı xəstəxanada dünyasını dəyişdiyi, anasının vəziyyətinin ağır olduğu bildirilirdi.

Vadeanın atası Oday Əl-Fayoume hadisənin birinci ildönümündə mətbuata açıqlamasında: "O, hələ də mənim ürəyimdə yaşayır. Onunla danışıram, eşidirəm, onu görürəm. Hazırda onun yaxşı Cənnətdə olduğunu bilirəm", - deyib.

Zərərçəkmiş Əl-Fayoum bıçaqlı hücumda Czubadan başqa ölkə mediasını, İsraili və o zamankı ABŞ prezidenti Co Baydeni günahlandırıb. Əl-Fayoume iddia etdi ki, Baydenin oktyabrın 7-dən dərhal sonra verdiyi açıqlamalar Czubanı hücuma təhrikə səbəb olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri