ABŞ da dizel ixracına qadağa tətbiq edilə bilər
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın administrasiyasının ölkədə artan yanacaq qiymətlərini aşağı salmaq məqsədilə dizel ixracına 90 günlük qadağa tətbiq etməyi nəzərdən keçirdiyi bildirilir.
Banco.az xəbər verir ki, “Politico”nun yaydığı məlumata görə, administrasiya noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl ölkədə yüksələn yanacaq qiymətlərinin qarşısını almaq üçün belə bir addım üzərində işləyir.
Məlumata əsasən, plan administrasiya daxilində və neft sənayesində fikir ayrılığına səbəb olub. Neft sənayesinin bəzi nümayəndələri, Konqresin bəzi respublikaçı üzvləri və administrasiyanın ayrı-ayrı rəsmiləri ixrac qadağasına qarşı çıxırlar.
Onların fikrincə, dizel ixracının məhdudlaşdırılması qısa müddətdə yanacağın qiymətini aşağı sala bilər, lakin uzunmüddətli perspektivdə qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Bununla yanaşı, seçkilərə az vaxt qalması fonunda yüksək enerji qiymətləri Respublikaçılar Partiyasının namizədləri üçün siyasi təzyiq yaradır. Mənbələrdən bəzilərinin iddiasına görə, Tramp qadağanı həftəsonuna qədər elan etməyi nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Sentyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















