ABŞ da hava nəqliyyatını iflic edən böhranın səbəbi açıqlandı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-da ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılmasına səbəb olan texniki problemin ilkin səbəbi müəyyənləşib. Ağırlaşmış vəziyyətə köhnə hava hərəkətini idarəetmə sistemlərinin yeni texnologiyadan gələn məlumat yükünün öhdəsindən gələ bilməməsinin səbəb olduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi və daxili təhlükəsizlik naziri Markueyn Mallin Ağ Evdə keçirdikləri brifinqdə məlumat veriblər.
Nazirlərin açıqlamasına görə, hava hərəkətini idarəetmə sistemində istifadə olunan köhnə telekommunikasiya avadanlıqları yeni texnologiyadan daxil olan məlumatların həcmi səbəbindən yüklənib. Nəticədə marşrutların idarə olunmasında və dispetçerlərlə təyyarələr arasında rabitədə ciddi uyğunsuzluqlar yaranıb.
ABŞ rəsmiləri problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü və sistemin yenidən işlək vəziyyətə gətirildiyini bildiriblər.
5 saat ərzində uçuşlar dayandırıldı
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də hava hərəkətinə nəzarət mərkəzlərində yaranan rabitə problemləri səbəbindən ölkə üzrə bütün hava limanlarından uçuşların həyata keçirilməsini müvəqqəti dayandırmışdı.
Təxminən beş saat davam edən məhdudiyyət daha sonra aradan qaldırılıb. Lakin böhran nəticəsində minlərlə reys gecikib və ləğv edilib, yüzlərlə təyyarə başqa hava limanlarına yönləndirilib. Hadisə bir milyondan çox sərnişinə təsir göstərib.
Qeyd edək ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror hücumlarından sonra ölkə üzrə uçuşların dayandırılması ikinci dəfə baş verib. Əvvəlki belə hadisə 2023-cü ilin yanvarında FAA-nın pilotlara uçuş təhlükəsizliyi ilə bağlı bildirişlər göndərən kompüter sistemində yaranmış nasazlıq zamanı qeydə alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 14 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















