ABŞ da istehlak kreditlərində kəskin artım qeydə alınıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlak kreditlərində kəskin artım qeydə alınıb.
Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) 2025-ci ilin dekabr ayına aid istehlakçı kreditləri üzrə məlumatları açıqlayıb.
Məlumatlara görə, dekabr ayında istehlakçı kreditləri əvvəlki aya nisbətən 24 milyard ABŞ dolları artaraq 5,11 trilyon ABŞ dolları səviyyəsinə çatıb. Bazarın gözləntisi artımın 9 milyard ABŞ dolları civarında olacağı yönündə idi.
Həmin dövrdə kredit kartları və buna bənzər dövriyyəli kreditlər aylıq əsasda 13,9 milyard ABŞ dolları artarkən, ev, avtomobil və tələbə kreditləri kimi dövriyyəsiz kreditlər 10,2 milyard ABŞ dolları yüksəlib.
İstehlakçı kreditləri ötən ilin dekabr ayında illik müqayisədə 5,7% artıb. Eyni dövrdə dövriyyəli kreditlər 12,6%, dövriyyəsiz kreditlər isə 3,2% nisbətində artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















