ABŞ İran gərginliyinin neft bazarına təsiri davam edir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə etməkdən imtina edə biləcəklərini açıqlaması və Yaxın Şərqdə enerji təchizatını pozan müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərlə bağlı ümidləri zəiflətməsi neft qiymətlərinin artımını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin bir bareli hazırda 96 dollar ətrafında ticarət olunur. “Light” markalı xam neftin bir barelinin qiyməti isə 88 dollar səviyyəsindədir.
Trampın vitse-prezident Cey Di Vensə Tehranla danışıqlar aparmaq əvəzinə daxili məsələlərə diqqət yetirməyi tapşırması tərəflər arasında davam edən qeyri-rəsmi diplomatik təmaslara mənfi təsir göstərib. Bu addım müharibənin diplomatik yolla həll ediləcəyinə dair gözləntiləri də zəiflədib.
Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib: “İranla razılaşmaya ehtiyacımız yoxdur. Həmin günlər çoxdan geridə qalıb. Onların yüz milyardlarla dollar vəsaiti bizim nəzarətimizdədir, Hörmüz boğazı da bizim əlimizdədir”.
Dünya bazarında əsas göstəricilərdən biri hesab olunan “Brent” markalı neft oktyabrın sonunda son 6 ayın ən yüksək qiymətinə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. Yaxın Şərqdən neft tədarükünün artması, eləcə də ABŞ-də aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinin İranla münaqişənin başa çatmasını sürətləndirəcəyinə dair gözləntilər qiymətlərin aşağı düşməsinə səbəb olub.
Bununla belə, son ucuzlaşmaya baxmayaraq, neft fyuçerslərinin qiyməti cari ildə hələ də təxminən 60 faiz yüksək səviyyədə qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















