Icma.az
close
up
RU
ABŞ da MMA döyüş turniri: azərbaycanlılar da iştirak edir FOTOLAR

ABŞ da MMA döyüş turniri: azərbaycanlılar da iştirak edir FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların “CSE Combat” birliyinin təşkilatçılığı ilə “The Gauntlet” adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, turnirdə ABŞ-ın tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli idmançılarını üzə çıxarmaq məqsədi daşıyır.

Turnir çərçivəsində MMA və kikboksinq döyüşləri də təşkil olunub. Qarşılaşmalarda yüksələn istedadlar bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər.

Hər çəki dərəcəsində səkkiz idmançının iştirak etdiyi turnir tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar.

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-da yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı “Report”a bildirib ki, turnir ilk dəfə təşkil olunur və rəhbərlik etdiyi qurumun ABŞ-da idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir:

“Təşkilatımız 2023-cü ildə qurulub. Üzvlərimiz ABŞ-da fəaliyyət göstərən azərbaycanlı idmançılardır. Onların arasında Nazim Sadıqov olmaqla MMA-da döyüşən idmançılarımız da var. Azərbaycanlı idmançıların ABŞ-da güclərini sınamaları üçün layihələr üzərində işləyirik. Bu turnir də layihələrdən biridir”.

Turnirin 1-ci raundunda müxtəlif çəki dərəcələrində döyüşlər keçirilib və qaliblər 2-ci mərhələyə vəsiqə qazanıblar.

Döyüşçülər arasında azərbaycanlı məşqçi Teymur Həsənov tərəfindən hazırlanan 3 idmançı da yer alıb. Milliyyətcə ukraynalı olan həmin döyüşçülərdən ikisi rəqiblərini nokautla məğlub edərək birincilik qazanıb. Onlar qələbələrini Azərbaycan bayraqları ilə qeyd ediblər.

Gecədə turnirdən kənar MMA və kikboksinq qarşılaşmaları da baş tutub. Döyüşlərdəki istedadlar öz bacarıqlarını nümayiş etdirərək idman azarkeşlərinin böyük marağına səbəb olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri