ABŞ da təyyarə qəzası Milyonçu, arvadı və azyaşlı uşaqları öldü
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Texnologiya sahəsində fəaliyyət göstərən sahibkar və multimilyonçu Adam Robinson həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-ın Florida ştatında baş verən təyyarə qəzasında həlak olub.
“New York Post” qəzeti sahibkarın qardaşına istinadən xəbər verir ki, “Learjet 60” markalı biznes təyyarəsi Floridanın Palm-Biç dairəsində qəzaya uğrayıb. Təyyarədə olan 9 nəfərin hamısı həyatını itirib.
Qəza qurbanları arasında 44 yaşlı multimilyonçu və texnologiya şirkətinin rəhbəri Adam Robinson, həyat yoldaşı Helen Sharp, eləcə də onların azyaşlı övladları – 4 yaşlı Emma və 2 yaşlı Çarli də var.
İnternetdə qadın pilotun hava hərəkətini idarə edən dispetçerlərlə danışığının audioyazısı da yayımlanıb.
Pilot dispetçerlərə təyyarədə yüngül buzlanma və orta dərəcəli turbulentlik olduğunu bildirib. O, 11 kilometr yüksəklikdə uçuş üçün icazə istəyib. Lakin bir müddət sonra təcili yardım siqnalı göndərərək təyyarənin sürətlə hündürlük itirdiyini xəbər verib.
Post navigationPrevious: Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Noyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















