Icma.az
close
up
RU
ABŞ da Tramp Ali Məhkəmə savaşı: nə baş verir?

ABŞ da Tramp Ali Məhkəmə savaşı: nə baş verir?

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Trampın Ali Məhkəmə ilə toqquşmasının əsas mövzusu – “case”in mahiyyəti – Kilmar Armando Abrego Garcia işi ilə bağlıdır.

Kilmar Armando Abrego Garcia kimdir?

Kilmar Armando Abrego Garcia Salvador vətəndaşıdır. 2011-ci ildə, cəmi 16 yaşında olarkən, cinayətkar dəstələrin təhdidlərindən qaçaraq ABŞ-a sığınıb. Merilend ştatında məskunlaşıb, tikinti sahəsində işləyib və 2019-cu ildə ABŞ vətəndaşı olan Cennifer Estefania Vasqez Sura ilə evlənib. Cütlüyün üç övladı var – hamısı ABŞ vətəndaşıdır.

2019-cu ildə Abrego polis tərəfindən saxlanılıb, cinayətkar dəstəyə üzvlükdə şübhəli bilinsə də, ona qarşı heç bir ittiham irəli sürülməyib və məhkum olunmayıb. Sonradan immiqrasiya məhkəməsi Abregonu “cəmiyyət üçün təhlükəli” hesab etsə də, Salvadorda ona qarşı real təhlükə olduğu üçün deportasiya edilməməsinə qərar verib.

Məsələnin qızğın nöqtəsi: Deportasiya və onun nəticələri

12 mart 2025-ci ildə Abrego ICE (Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Miqrasiya Polisi) tərəfindən Merilenddə saxlanılıb və 15 martda məhkəmə qərarına zidd olaraq Salvadora deportasiya olunub. O, orada dərhal CECOT-a – dünyanın ən sərt həbsxanalarından birinə – yerləşdirilib və o vaxtdan bəri istintaqsız və məhkəməsiz saxlanılır.

Məğz: ABŞ-da qanuni yaşayan, amerikalı ailəsi olan bir şəxsin, heç bir məhkəmə qərarı olmadan, zorla saxlanılıb deportasiya edilməsi və xarici həbsxanaya göndərilməsidir.

Ali Məhkəmənin reaksiyası

10 aprel 2025-ci ildə ABŞ Ali Məhkəməsi yekdilliklə (9-0 nisbətilə) qərar verib ki, Kilmar Armando Abrego Garcia ABŞ-a geri qaytarılmalıdır.

Buna cavab olaraq, Dövlət katibi Rubio və Baş Prokuror Pem Bondi bildiriblər ki, Abrego hazırda xarici ölkədədir və bu məsələ ABŞ-ın xarici siyasəti müstəvisində dəyərləndirilməlidir. Onların fikrincə, xarici siyasət Ağ Evin səlahiyyətindədir və məhkəmələr bu sahəyə müdaxilə edə bilməz.

Absurda baxın: ABŞ ərazisində saxlanılıb zorla deportasiya edilən bir şəxsin işi “xarici siyasət” kimi qiymətləndirilir və hökumət məsuliyyətdən yayınmağa çalışır.

Ağ Evin mətbuat katibi Levitt isə Abregonu “xarici terrorçu” adlandırıb. Bu ifadəyə hansı məhkəmə qərarı əsas verir? Levitt hansı hüquqi istinadə əsasən  belə bir bəyanat verib? Cavab yoxdur.

Bu hadisə Tramp administrasiyasının mövqeyini ortaya qoyur: onun göstərişi ilə istənilən şəxs heç bir istintaq və məhkəmə olmadan “terrorçu” elan oluna bilər və buna etiraz edən olmayacaq.

Federal məhkəmə nə deyir?

15 aprel tarixində federal hakim Paula Ksinis qərar verib ki, Tramp administrasiyasının vəzifəli şəxsləri – o cümlədən miqrasiya orqanları – Ali Məhkəmənin Abregonun geri qaytarılması ilə bağlı qərarına əməl edib-etmədiklərini müəyyən etmək üçün and içərək ifadə verməlidirlər.

Hakim Ksinis qeyd edib ki, bu şəxslər Ali Məhkəmənin açıq göstərişinə qarşı çıxaraq, Abregonun geri qaytarılmasından dəfələrlə imtina ediblər.

Ksinis həmçinin 14 apreldə Ağ Ev rəsmilərinin və Salvador prezidentinin “Abregonu geri qaytarmaq mümkün deyil” açıqlamalarını rədd edərək bildirib: “Ali Məhkəmə artıq öz sözünü deyib”.

Kamran Cəfərov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri