ABŞ da vəfat etmiş qohumlarla ünsiyyət qurmağa imkan verən texnologiya yaradılıb
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
ABŞ-da 2wai adlı tətbiq yaradılıb ki, bununla da vəfat etmiş qohumlarla "ünsiyyət" qurmaq mümkün olacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti və “Interesting Engineering” məlumat yayıblar.
Nəşr xidmətin süni intellekt (Sİ) əsasında işlədiyini dəqiqləşdirib. Texnologiya vasitəsilə istifadəçilər real və ya uydurma bir şəxsin rəqəmsal avatarını yarada bilərlər. Sonradan bu, real vaxt rejimində ünsiyyət qurmaq mümkün olan çat-bota çevriləcək.
Tətbiqin reklamında, hamilə qadının vəfat etmiş anasının rəqəmsal surəti ilə "ünsiyyət" qurduğu bir səhnə göstərilib. Daha sonra onun uşağı da "nənə" ilə ünsiyyətə başlayıb.
Məqalədə deyilir ki, "Çoxları bu texnologiyanın tətbiqinin nəticələrini dəhşətli hesab edib, bir şərhçi isə tətbiqi "şeytani, vicdansız və insani olmayan" adlandırıb."
Tətbiq artıq App Store-da mövcuddur. Tərtibatçılar tezliklə Android versiyasını buraxacaqlarına söz verirlər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















