Icma.az
close
up
RU
Putinin Bakıdan istədiyi 11 cinayətkar Bəs 38 günahsız?

Putinin Bakıdan istədiyi 11 cinayətkar Bəs 38 günahsız?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin son günlərində – dekabrın 29-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə keçirdiyi görüş bir daha Moskvanın Cənubi Qafqaza və xüsusilə Bakıya münasibətdə dəyişməz hegemon düşüncə tərzini ortaya qoydu. Görüşün əsas müzakirə mövzularından biri Bakıda saxlanılan 11 Rusiya vətəndaşı oldu. Sonradan Qaluzin Azərbaycanın mülki təyyarəsi ilə bağlı verilən vədlərə “sədaqət” nümayiş etdirməyə çalışsa da, faktiki addımlar Kremlin ənənəvi davranışından imtina etmədiyini göstərir.

Məsələ ondadır ki, Azərbaycanın mülki təyyarəsinin vurulması kimi son dərəcə ağır, beynəlxalq hüquq baxımından ciddi nəticələr doğuran hadisə ilə bağlı Rusiya tərəfi indiyədək konkret hüquqi-siyasi addımlar atmayıb. Hadisədə 38 günahsız insanın həyatını itirməsinə baxmayaraq, cinayət məsuliyyəti daşıyan şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması gündəmə gətirilmir. Əvəzində Moskva bütün diqqəti yalnız öz vətəndaşlarının azadlığa buraxılmasına yönəldir.

Eyni zamanda, Rusiyada saxlanılan yüzlərlə Azərbaycan vətəndaşının hüquqları, onların hansı şəraitdə tutulduğu və hansı əsaslarla ittiham edildiyi isə müzakirə mövzusu belə olmur. Bu, nə diplomatik etikaya, nə də bərabərhüquqlu dövlətlərarası münasibətlər anlayışına uyğun gəlir.

Seçici yanaşma açıq şəkildə göstərir ki, Moskva hələ də tərəfdaşlıq deyil, tabeçilik məntiqindən çıxış edir.

Üstəlik, Qaluzinin israrla tələb etdiyi həmin 11 Rusiya vətəndaşı adi “günahsızlar” deyil. Onlar onlayn narkotik satışı və kibercinayətkarlıq kimi ağır ittihamlarla saxlanılıb.

Rusiya bu cinayətlərə görə Bakının hüquq-mühafizə orqanlarının apardığı istintaqı və hüquqi prosedurları görməzdən gəlir, lakin 38 insanın ölümünə səbəb olan hadisədə məsuliyyəti üzərinə götürməkdən yayınır.

Nəticə etibarilə, Qaluzinin açıqlamaları və Kremlin davranışı Rusiyanın regionda hələ də bərabərhüquqlu tərəfdaşlıq modelinə keçmədiyini, sovetdənqalma siyasi reflekslərin davam etdiyini göstərir. Bu isə Azərbaycan cəmiyyətində haqlı suallar doğurur: Moskva bu ikili standartları nə qədər davam etdirə biləcək?

2026-cı il bu baxımdan həlledici ola bilər. Bəlkə də məhz bu il Rusiyanın Cənubi Qafqazda “toxunulmazlıq sindromu”nun və hegemon iddialarının tilsimi qırılacaq. Əks halda, Putinin Bakıya ünvanladığı “11 cinayətkar” tələbi tarixdə 38 günahsız insanın taleyinə biganəliyin rəmzi kimi qalacaq.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində 1 ildən çoxdur gərginlik davam edir.

Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Rusiya hava məkanında Azərbaycana aid mülki təyyarənin vurulmasıdır: “Doğrudur, bu gərginliyin azaldılması üçün Rusiya müəyyən dövrlər vədlər verir. Düşənbədə Vladimir Putinin Prezident İlham Əliyevlə son görüşündən sonra problemin arxada qalacağı ilə bağlı təsəvvürlər yarandı. Ancaq təəssüf ki, hələ də Putinin siyasi bəyanatı hüquqi müstəvidə və dövlətlərarası münasibətlərdə öz əksini tapmayıb. Bunun səbəbi çoxdur: Azərbaycanın tələbləri beynəlxalq hüquqa uyğundur və bu cinayəti törədənlərin məuliyyətə cəlb edilməsi tələb edilir. Bu, çox vacibdir.

Digər məsələ isə AZAL şirkətinə və zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsinin vacibliyidir. Bu kontekstdə Rusiya təəssüf ki, yenə hüquqi dövlət kimi deyil, bir imperiya kimi davrandı. Cinayətlə müşahidə edilən hadisəni ört-basdır etmək üçün Rusiyada yaşayan və Rusiya vətəndaşları olan, eyni zamanda miqrant kimi orada yaşayan azərbaycanlıları bu prosesdə alət kimi istifadə etməyə cəhd etdi. Təbii ki, Azərbaycan da alternativ cavablar axtarmaq məcburiyyətində oldu. Bəlli oldu ki, Azərbaycanda da qanunlarımızı pozan xeyli sayda Rusiya vətəndaşı var. Onlar hüquqi müstəvidə cəzalandırıldılar”.

Deputat vurğulayıb ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı anlaşma naminə müəyyən məsələlərdə razılığa gəlinir və Azərbaycan bu addıma da hazır oldu: “Çox təəsüf ki, Rusiya eyni cür davranmadı, alternativ addımlar atmadı. İndi isə Rusiya daha da aqressivləşib. Gərginliyi bundan sonra da uzatmaqda maraqlı görünür. Mixail Qaluzinin son bəyanatında da biz buna şahidlik etdik. Rusiya gərginliyin bitməsini istəmir və bu onun imperiya maraqlarından irəli gəlir. O, gərginliyi saxlamaqla Azərbaycanın 2023-cü ildən sonra yaratdığı reallıqları qəbul etmədiyini göstərir. Hər dəfə Tramp marşrutundan və ya Zəngəzur dəhlizindən danışılan zaman Rusiya mövqe sərgiləmir və atılacaq addımları gözlədiyini bildirir.

Əslində isə Rusiya Cənubi Qafqaza qayıtmaq üçün bəhanə axtarır. Məqsədi Ukraynadakı müharibəni lehinə həll edib, yenidən Qafqazla məşğul olmaqdır. Buna görə də gərginliyin azalmasını istəmir və tarixi fürsət gözləyir ki, Qafqaza qayıdış imkanı əldə etsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri