ABŞ da yeniyetmə basketbolçu 17 yaşında vəfat edib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın Tennessi ştatındakı Lebanon High School liseyinin 17 yaşlı şagirdi və basketbolçusu Ceyden Beyli, illərdir davam edən sümük xərçənginin nadir bir növü olan osteosarkoma ilə mübarizədən sonra 19 fevralda vəfat edib.
İdman.Biz bilirir ki, onun sol qolu ötən avqust ayında amputasiya edilmişdi, lakin bu, onun məktəb komandasında oynamağa davam etməsinə mane olmayıb.
“O, həmişə komanda üçün ilham mənbəyi olub və onun mirası əbədi yaşayacaq. Əsl qəhrəman olan o, ətrafındakı hər kəsə sevgi və dəstək paylayarkən xəstəliyi ilə cəsarətlə mübarizə apardı”, - məktəbin sosial media paylaşımında bildirilib.
Baxış sayı:172
Bu xəbər 24 Fevral 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















