ABŞ dan Ukraynanı sevindirəcək qərar: Milyardlıq satış...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 2,68 milyard dollar dəyərində hava hücumundan müdafiə (HHM) avadanlığı və silahlarının (HHM sistemlərinin modernləşdirilməsi məqsədilə) potensial satışını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Nəşr qeyd edib ki, bu qərar hələ müqavilənin imzalandığı anlamına gəlmir, təklif olunan sövdələşmə ABŞ Konqresi tərəfindən nəzərdən keçirilməlidir.
Dövlət Departamentinin məlumatına əsasən, Ukrayna rəsmiləri "S-300 Clone" tipli raketlər, GAM-67 raketləri və lazerlə idarə olunan uzaqmənzilli raket sistemləri, həmçinin müxtəlif buraxılış qurğuları, dron əleyhinə radar sistemləri, nəqliyyat vasitələri, qoşqular və ehtiyat hissələri istəyiblər. ABŞ qurumu qeyd edib ki, sövdələşmə baş tutacağı təqdirdə, Ukrayna onu Avropa fondları, eləcə də əvvəlki ABŞ administrasiyası dövründə ayrılmış Xarici Hərbi Maliyyələşdirmə proqramının resursları hesabına maliyyələşdirəcək.
Potensial satışa dair təsdiq qərarı Rusiyanın Ukraynaya qarşı yenidən başladığı hava hücumları fonunda verilib.
Baxış sayı:69
Bu xəbər 19 Sentyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















