Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Azərbaycanda günbəgün artan həkim xəstə mübahisəsi: Necə həll olunmalıdır?

Azərbaycanda günbəgün artan həkim xəstə mübahisəsi: Necə həll olunmalıdır?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərili "Liv Bona Dea Hospital" arasında qalmaqal baş verib.

Belə ki, N. Köçərli yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün gedib. Əməliyyatdan sonra dəhşətli ağrı hiss edib və nə qədər kömək istəsə də, ona məhəl qoyulmayıb. Əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atılıb. 

“Cebheinfo.az” xəbər verir ki, iddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilib. Nigar Köçərli həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyatın gedişi zamana heç bir məlumat verilmədiyini də bildirib.

"Normal halda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə, reanimasiya otağına da dəvət edilə bilərdilər", - Nigar Köçərli qeyd edib.

Onun sözlərinə görə, problemlər bununla bitməyib, xəstəxanadan çıxanda da qeyri-peşəkarlığın şahidi olub:

"Yanvarın 16-da, nəhayət, xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bantlarıdır. Təsəvvür edin, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. Bir saatdan sonra onu çıxartdılar".

Nigar Köçərli bildirib ki, belində yara bantları qaldığına görə hazırda bişməcədən əziyyət çəkir. Srağagün Şahbaz bəy bu barədə kiçik bir “Facebook” postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb deyib ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”.

Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?"

Hospitaldan isə bildirilib ki, məsələ ilk gündən diqqətlə araşdırılır:

“Artıq qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə olunub. Bildiririk ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülmüş və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilmişdir.

Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunmuşdur. Tətbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat vermişdir. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman almışdır”.

Qeyd edilib ki, xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunmuş və ağrısının azaldığı təsbit edilmişdir:

“Anestezioloqun ikinci günü müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınmışdır. Eyni zamanda, xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilmiş, şikayətləri dinlənilmiş və araşdırmalara başlanılmışdır. Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilmişdir.

Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etməməklə bərabər, iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”. 

Bu, pasiyentlərlə xəstəxanalar arasında ilk qalmaqal deyil. Dəfələrlə xəstəxanalarda ölüm halları, yanlış diaqnoz və müalicə ilə bağlı iddialar səsləndirilib. 

Hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamaq olduqca çətindir:

Əgər həkim səhvi çox açıqdırsa, məsələn, sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür. Amma deyək ki qan durulducu vurulmadığına görə xəstədə tromblaşma meydana gələrək, o vəfat edərsə, bu problemin məhkəmə müstəvisində çıxarılmasında çətinliklər var və bunlar da sistematikdir. Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökumət sisteminə vurulmadığı, həmin resursda da hər kəsə açıq olmadığı müddətcə, onu postfaktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil. Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir”.

O qeyd edib ki, tibbi ekspertiza məsələsində də ciddi çətinliklər var:

“Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə tərəfi ekspertə sual ünvanlaya bilsə də, işin içində olan MRT diskinin ekspert tərəfindən nəzərə almamasına ancaq məhkəmə nəzarəti qaydasında müdaxilə etməyə cəhd edir. Siz Klivlend xəstəxanasından mütəxəssis rəyi təqdim etsəniz də, naməlum ekspertin verdiyi rəy həmin Klivlend rəyindən üstün tutulur. Ölkəmizdə həkim cameəsi bir-birini tanıyır. Elə sahələr var ki, mütəxəssis sayı azdır və onlar digər kolleqasını ittiham edəcək rəy vermək istəmirlər”.

Hüquqşünas vətəndaşlara çağırış edib:

“Nə qədər ki smartfonlar var, xoşagəlməz prosesləri smartfona çəksinlər. Saatını və yerini şifahi şəkildə qeyd etmək şərtilə. Xəstənin ölməsi halında mütləq qaydada autopsiya (meyidin yarılması) aparılmalıdır. Hansısa mənasız inanca və adət-ənənəyə görə öz hüquqlarınızı təhlükəyə atmayın. Bir başqa məsələ tibbi səhlənkarlıq məsələlərində məsuliyyət barəsindədir.

Şəxsi qənaətim odur ki, həkimin ağır təqsiri (culpa lata/reklessness) olmadığı müddətcə, belə hallarda həkim və xəstəxananın məsuliyyəti delikt məsuliyyəti ilə məhdudlaşdırılmalıdır. Məhkəmələr də öz növbəsində bu məsələlərdə ekspert rəyinə məhkum olmadan daha sərbəst formada öz qərarlarını verə bilməlidirlər. Pasient xəstəxana ilə imzalanan müqaviləyə müdaxilə edə bilmir, odur ki xəstəxana xeyrinə olan müqavilə şərtlərindən adətən istifadə etmək olmur”.

O, xəstəxanalara xəstələrini sığortalanmasını təklif edib:

“Hər hansı ağırlaşma nəticəsində həm həkimi həm də xəstəxananı məhkəmə çəkişmələrindən qoruyacaq, xidmətin keyfiyyətinin artmasına səbəb olacaqsınız, sığorta şirkətləri keyfiyyətsiz yerləri sığorta çətiri altına almayacaq. Tibbi səhlənkarlıq hallarında prokurorluğa qaçmağa tələsməyin, iddialarınızı mülki qaydada məhkəmə müstəvisində aparın”. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:549
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri