Icma.az
close
up
RU
Qarabağdakı işğal dövrünün İZLƏRİ Bu qurğudan nə üçün istifadə olunurdu?

Qarabağdakı işğal dövrünün İZLƏRİ Bu qurğudan nə üçün istifadə olunurdu?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərə səfər edən çox az sayda insan fotosunu təqdim etdiyimiz bu qurğuya rast gəlməyib.
Xüsusilə Qarabağ ərazisinin dağlıq yerlərində daha çox müşahidə olunan bu qurğunun şəkilləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur, onun təyinatı ilə bağlı müxtəlif fikirlər səsləndirilir, bəzən isə hərbi məqsədli texnika kimi təqdim edilir.
Bəs əslində bu qurğu nə üçündür?
Bizim.Media xəbər verir ki, sözügedən qurğular Azərbaycan ərazilərində məhz işğal dövründə quraşdırılıb. Ermənistan və onların havadarlarının dəstəyi ilə ərazilərə gətirilən bu texniki vasitələr kənd təsərrüfatı sahəsində istifadə edilib.
Bu fakt isə, ilk növbədə, işğal altında saxlanılan torpaqların illər ərzində qanunsuz şəkildə istismar edildiyini açıq şəkildə sübut edir.
 

Əsasən dağlıq və dağətəyi ərazilərdə quraşdırılan, üzərində “Zenith” yazısı olan bu qurğular anti-dolu sistemləri kimi tanınır. Qurğunun əsas funksiyası sıxılmış metan qazı vasitəsilə havaya impulsvari atəş açmaqdır. Dolu buludları əkin sahələrinin üzərində müşahidə edildikdə, yaradılan güclü səs və təzyiq dalğası buludların daxilində buz kristallarının formalaşma prosesini pozur. Nəticədə dolu ya ümumiyyətlə yaranmır, ya da zəif yağıntı şəklində yerə düşür və əkin sahələri zərərdən qorunur.


Mütəxəssislər bildirir ki, bu tip qurğular açıq partlayış mexanizmi ilə işləmədiyindən birbaşa təhlükə yaratmır. Bununla belə, onların davamlı istifadəsi ətraf mühitə, xüsusilə fauna və yaxın ərazilərdə yaşayan insanlar üçün səs narahatlığı baxımından müəyyən təsirlər göstərə bilər. Məhz bu səbəbdən bir sıra ölkələrdə belə qurğuların tətbiqi məhdudlaşdırılıb.
Sovet İttifaqı dövründə Qarabağ ərazilərində bu cür qurğuların mövcud olub-olmamasına gəlincə...
Ağdərə rayon sakini, araşdırmaçı-tarixçi İlqar Qasımovun sözlərinə görə, sovetlər dönəmində Qarabağda bu variantdan istifadə edilməyib, doluya qarşı alternativ üsullar tətbiq olunub:
 

“Həmin dövrdə ‘KS’ adlanan xüsusi toplar mövcud idi. Bu toplar əsasən Ağdərə rayonu ərazisində yüksəkliklərdə yerləşdirilirdi. Dolu buludları müşahidə edildikdə, istilik mərmiləri ilə atəş açılaraq buludlar dağıdılırdı. Təəssüf hissi ilə qeyd edim ki, Birinci Qarabağ müharibəsi zamanı ermənilər bu toplardan hərbi məqsədlərlə istifadə edərək dinc yaşayış məntəqələrini atəşə tuturdular”.


İlqar Qasımov qeyd edib ki, hazırda görüntüləri geniş müzakirələrə səbəb olan “Zenith” qurğularının işğal dövründə xaricdən gətirildiyi ehtimalı böyükdür.
Ekspertlər hesab edirlər ki, bu cür texniki vasitələr gələcəkdə işğal dövründə vurulan ekoloji və iqtisadi ziyanın qiymətləndirilməsi baxımından da mühüm sübut bazası rolunu oynaya bilər.
Bizim.Media, Qarabağ bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri