ABŞ də benzin qiymətləri kritik səviyyəni keçib
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də benzinin 1 qallonunun qiyməti yenidən kritik səviyyəni - 4 dollar həddini keçib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyasının məlumatında deyilir. Bildirilir ki, ölkə üzrə benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,003 dollara yüksəlib.
Ekspertlərə görə, Birləşmiş Ştatlarda benzin qiymətləri ABŞ-İran münaqişəsinin şiddətlənməsi səbəbindən, Hörmüz boğazında tankerlərin hədəfə alınması və Küveytdəki neft obyektlərinə hücumlardan sonra bahalaşıb. Bunun qlobal nəqliyyatda yanacaq çatışmazlığını və inflyasiya səviyyəsini daha da artıracağı gözlənilir. Həm ABŞ, həm də İrandan hücumların əhatə dairəsi genişləndikcə, Hörmüz boğazından enerji axınlarında uzunmüddətli fasilələr riskini artırır.
Qeyd edək ki, martın 31-də ABŞ-də benzinin 1 qallonunun qiyməti 2022-ci ilin avqust ayından bəri ilk dəfə olaraq 4 dollardan yuxarı qalxmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 İyul 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















