İradə İbrahimova qızı ilə fikir ayrılıqlarından yazdı
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İradə İbrahimova qızı İpəyin 16 yaşı tamam olması ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, qızı ilə münasibətindən, yeniyetməlik dövründə qarşılaşdığı fikir ayrılıqlarından yazıb.
İfaçı bildirib ki, qızı artıq başqalarının həyat tərzi, geyimi, sərbəstliyi ilə maraqlanır və tez-tez özünü onlarla müqayisə edir: Elektronika məhsulları
“İpək 16 yaşına qədəm qoydu. Artıq evimizdə ən böyük mövzular “başqaları”dır. Başqalarının bəzənməyi, gəzməyi, təkbaşına istədikləri yerə, istədikləri vaxtda çıxmaları, başqalarının ata-analarının daha rahat olması...
Təslim olmadan, “olar”, ya da “olmaz”ları səbrlə başa salıram. Hər zaman saz mənim əlimdə olur. “Niyə” sualı yaşının ona verdiyi ən qüvvətli, ən güclü sualıdır.
Gərgin söhbətlərin sonunda qucaqlaşıb təşəkkür edir, bir-birimizə sevgimizi etiraf edərək söhbətimizi sonlandırırıq. Həyat hamısına gözəlliklər göstərsin. Amma tək arzum var, hər şeyi dadında, yerində, ölçüsündə, dərəcəsində, qərarında, zamanında yaşamağı bilsinlər.
16 ildir səbrlə toxumlarımı səpirəm. Ona qalanlar baxıb böyüdə biləcəyi toxumlar olsun, inşallah”.
Xatırladaq ki, İradə İbrahimova Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün 2 övladı var.
Baxış sayı:117
Bu xəbər 12 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















