Dövlət xidmətlərində süni intellekt dövrü: Kağız kuğuz bitir
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkədə rəqəmsal transformasiyanın dərinləşdirilməsi çərçivəsində dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi, süni intellekt həllərinin tətbiqi və startaplar üçün xüsusi tənzimləmə ("sandbox") mühitinin yaradılması istiqamətində konkret tapşırıqlar müəyyənləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “ Təhlükəsiz rəqəmsal mühit və süni intellektin təhlükəsiz istifadəsi” tədbirində çıxışı zamanı İRİA-nın idarə heyətinin sədr müavini Şahin Əliyev bildirib. Onun sözlərinə görə, əsas sütunlar hesab olunan istiqamətlər və bu istiqamətlər üzrə konkret tapşırıqlar artıq təsnif olunub:
“Buraya bütün dövlət qurumlarında təqdim olunan xidmətlərin və daxili proseslərin tam rəqəmsallaşdırılması, data əsaslı qərar qəbuletmə layihələrinin tətbiqi, eləcə də dövlət xidmətlərinin tam proaktiv şəkildə həyata keçirilməsi daxildir. Bundan başqa, bütün dövlət xidmətlərinin "MyGov" və "MyGov Business" platformalarında birləşdirilməsi, vahid məlumat hövzəsinin yaradılması və cəmiyyətin rəqəmsal xidmətlərdən istifadə sahəsində savadlılığının, məlumatlılığının davamlı artırılması da əsas prioritetlərdəndir”. İnternet mağaza
“Digər mühüm komponent süni intellektin tətbiqi ilə bağlıdır. Burada rəqəmsallaşma nəticəsində formalaşan datalardan istifadə etməklə həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellekt həllərinin genişləndirilməsi nəzərdə tutulur. Bu prosesdə infrastrukturun təkmilləşdirilməsi də əsas istiqamətlərdən biridir. Artıq hökumət səviyyəsində müvafiq infrastruktur yaradılıb və növbəti dövrlərdə onun daha da genişləndirilməsi planlaşdırılır”.
Ş. Əliyev qeyd edib ki, növbəti istiqamət isə innovasiya ekosisteminin inkişaf etdirilməsidir:
“Bu çərçivədə startaplara və özəl İT şirkətlərinə innovativ məhsul və xidmətlər yaratmaq üçün dəstək mexanizmlərinin hazırlanması və işə salınması hədəflənir. Artıq ölkəmizdə texnopark rezidentləri üçün 10 illik güzəştlər tətbiq olunub. Bu da Azərbaycanı İT sahəsində fəaliyyət göstərmək istəyən təkcə yerli deyil, həm də region və xarici ölkə şirkətləri üçün münbit mühitə çevirir. Eyni zamanda, dövlət qurumlarında formalaşan məlumat və sistemlərin onlar üçün əlçatan edilməsi istiqamətində tədbirlər görülür.
Qanunvericiliyə "sandbox" (xüsusi tənzimləmə) rejiminin dəstəklənməsi ilə bağlı müvafiq dəyişikliklər edilib. Bu o deməkdir ki, şirkət və startaplar mövcud qanunvericiliklə hələ tənzimlənməyən, lakin dəyər yarada biləcək innovativ layihə təklifləri irəli sürdükdə, həmin layihələr "sandbox" çərçivəsində qiymətləndirilə bilər. Onlara layihələrini sınaqdan keçirmək və reallaşdırmaq üçün xüsusi şərait yaradılır. Şirkətlər bu istiqamətdəki layihələrini nəqliyyat, tibb, maliyyə bazarları və bir sıra digər sahələrdə tətbiq edə bilərlər”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Noyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















