Icma.az
close
up
RU
ABŞ də böyük təhlükə: Əhaliyə xəbərdarlıq edildi

ABŞ də böyük təhlükə: Əhaliyə xəbərdarlıq edildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-də 20 ildən artıqdır saxlanılan və təhlükəli vəziyyətə düşən 5 ton partlayıcı maddənin məhv edilməsi qərara alınıb. Əməliyyat zamanı zəhərli toz buludunun ətraf ərazilərə yayılması ehtimalı ilə bağlı sakinlərə xəbərdarlıq edilib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ABŞ-nin Ayova ştatında, təxminən 360 nəfərin yaşadığı Middletown qəsəbəsində baş verib. ABŞ ordusu sursat istehsalı müəssisəsində saxlanılan təxminən 5 ton qurğuşun azidini (lead azide) yerində partlatmağa hazırlaşır. Bu maddə detonatorların hazırlanmasında istifadə olunur və olduqca həssas partlayıcı birləşmə hesab edilir.

Məlumata görə, təhlükəli maddə 20 ildən artıq müddətdə xüsusi beton anbarlarda saxlanılıb. Onun sabitliyini qorumaq üçün etanol və su mühitindən istifadə edilib. Lakin bu il aparılan növbəti yoxlama zamanı suyun bir hissəsinin buxarlandığı və maddənin əvvəlki sabitliyini itirdiyi müəyyənləşdirilib.

Nəticədə partlayıcı maddənin başqa yerə daşınmasının təhlükəli olduğu qənaətinə gəlinib. Hərbi və ekoloji qurumlar onun saxlanıldığı ərazidə nəzarətli şəkildə partladılmasını ən təhlükəsiz variant hesab ediblər.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 68 çəlləkdə saxlanılan maddənin məhv edilməsi üçün təcili icazə verib. Qurum partlayış riskinin insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaratdığını bildirib.

Təxminən 360 nəfərin yaşadığı Middletown qəsəbəsinin sakinlərindən partlayış və sonrakı toz çökməsi müddətində evlərini tərk etmələri istənilib. Təxliyənin yerli vaxtla saat 08:00-dan 14:00-dək davam etməsi nəzərdə tutulub.

Ordunun xəbərdarlığına əsasən, partlayış nəticəsində havaya qurğuşun hissəcikləri ilə zəngin zəhərli toz buludu yayıla bilər. Bu hissəciklərin əkin sahələrinə, oyun meydançalarına və digər açıq ərazilərə çökməsi ehtimal olunur.

Sakinlərə həmçinin açıq havada fəaliyyətlərdən çəkinmək tövsiyə edilib. Partlayış zamanı güclü səsin eşidiləcəyi, yeraltı təkanların hiss olunacağı və havada toz buludunun yaranacağı bildirilib.

Maddənin saxlandığı çəlləklər qumla doldurulmuş qoruyucu baryerlərlə əhatə olunmuş beton anbarların daxilində partladılacaq. Qurğuşun hissəciklərinin havaya yayılmasını azaltmaq məqsədilə anbarların üzərindəki torpağın əvvəlcədən su ilə isladılması da planlaşdırılır.

Əməliyyat ekoloji təşkilatların narahatlığına səbəb olub. İki ətraf mühit təşkilatı partlayışın dayandırılması üçün məhkəməyə müraciət edib. Təşkilatlar ordunun daha təhlükəsiz alternativləri kifayət qədər araşdırmadığını və yerli əhalinin vaxtında məlumatlandırılmadığını iddia edirlər. Ayova Ətraf Mühit Şurasının nümayəndəsi Maykl Şmidt qurğuşunun insan sağlamlığı üçün təhlükəsiz hesab edilə biləcək təsir səviyyəsinin olmadığını vurğulayıb.

Qeyd edək ki, əməliyyatın ilkin olaraq cümə günü keçirilməsi nəzərdə tutulsa da, sakinlərin və qanunvericilərin narahatlıqlarından sonra təxirə salınıb. Hərbçilər isə maddənin vəziyyətinin daha da pisləşə biləcəyini nəzərə alaraq məhv edilmənin gecikdirilməsinin əlavə risk yaratdığını bildiriblər.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri