ABŞ də bu gecə nə baş verib? Minlərlə reys ləğv edildi
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də hava hərəkətinə nəzarət sistemində yaranan genişmiqyaslı rabitə nasazlığı ölkə üzrə aviareyslərin dayanmasına səbəb olub. Federal Aviasiya Administrasiyası (FAA) təhlükəsizlik məqsədilə ölkənin bütün hava limanlarından uçuşlara müvəqqəti qadağa qoyub.
Axşam.az xəbər verir ki, bunla bağlı “Reuters”in geniş məlumat yayıb. Bildirilib ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi nasazlığın hava hərəkətinə nəzarət mərkəzləri arasında rabitə sistemində yaranan problemlə əlaqəli olduğunu təsdiqləyib.
FAA-nın qərarına əsasən, artıq havada olan təyyarələrin təyinat məntəqələrinə enməsinə icazə verilib. Lakin yerdə olan və uçuşa hazırlaşan təyyarələrə növbəti göstərişədək havaya qalxmamaq tapşırılıb. ABŞ-yə xaricdən gələn reyslər isə fərdi qaydada qiymətləndirilib.
Bir neçə saat davam edən fasilə nəticəsində ölkə üzrə minlərlə reysin cədvəli pozulub, çoxsaylı uçuşlar ləğv edilib və gecikmələr yaranıb. Bəzi təyyarələr alternativ hava limanlarına yönləndirilib. Sərnişinlər hava limanlarında uzun müddət gözləməli olublar.
Daha sonra FAA ölkə üzrə tətbiq edilən uçuş qadağasını ləğv edib. Bununla belə, aviasiya sisteminin əvvəlki iş rejiminə qayıtmasının vaxt aparacağı bildirilib.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında hadisənin ölkə üçün təhlükə yaratdığına dair hazırda heç bir sübutun olmadığını deyib. Nasazlığın kiberhücum və ya süni intellekt müdaxiləsi ilə əlaqəli olub-olmadığı barədə suala isə bunun hələ araşdırıldığını bildirib.
Nəqliyyat naziri Şon Daffi problemin köhnəlmiş hava hərəkətinə nəzarət sistemindəki texniki nasazlıqdan qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, sistemdəki köhnə rabitə avadanlıqları və marşrutlaşdırıcılar həddindən artıq məlumat yükü səbəbindən qeyri-sabit işləməyə başlayıb. Bu isə radar və təyyarələrlə rabitə məlumatlarında uyğunsuzluğa gətirib çıxarıb.
Hadisədən bir neçə gün əvvəl FAA tərəfindən istifadəyə verilən süni intellekt əsaslı SMART sisteminin nasazlığa səbəb olub-olmadığı da müzakirə edilib. Daffi yeni sistemin sıradan çıxmadığını və problemin köhnə texnologiya ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, bu hadisə ABŞ aviasiya tarixində son illərin ən genişmiqyaslı uçuş fasilələrindən biri kimi qiymətləndirilir. 2023-cü ilin yanvarında da FAA-nın kompüter sistemində yaranan nasazlıq səbəbindən ölkə üzrə daxili reyslər iki saatdan az müddətə dayandırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















