Icma.az
close
up
RU
ABŞ də “dəhşət evi“ üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı

ABŞ də “dəhşət evi“ üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ-nin Los-Anceles dairəsində surroqat analardan dünyaya gələn uşaqlara qarşı amansız rəftar etməkdə şübhəli bilinən cütlük saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" dairə prokurorluğuna istinadən məlumat yayıb.

66 yaşlı Quotszyun Syuan və onun 39 yaşlı həyat yoldaşı Silviya Çjan uşaqlarla amansız rəftarın bir neçə epizodunda, zorakılıq törətmək məqsədilə əlbir olmaqda, cinayət əməllərini gizlətməkdə və şahidlərə təzyiq göstərməkdə ittiham olunurlar. Dairə prokuroru Neytan Xoxman işi presedentsiz adlandırıb.

İstintaqın versiyasına görə, cütlük Arkadiya şəhərindəki evlərində surroqat analıq agentliyi yaradıb. Onlar bu agentlik vasitəsilə ölkənin müxtəlif bölgələrindən surroqat analar cəlb edib və ailələrini genişləndirmək üçün daha bir uşaq istədiklərini bildiriblər.

"Bu, azyaşlı uşaqlar üçün dəhşət evi olub", - Xoxman mətbuat konfransında deyib.

İstintaq 2 aylıqdan 13 yaşadək 21 uşağı əhatə edib. Onlardan 15-i ötən il cütlüyün malikanəsindən götürülüb, daha altısı isə başqa yerlərdə aşkarlanıb. Uşaqların əksəriyyətinin yaşı 1-3 arasındadır. Polis hesab edir ki, Çjan uşaqlardan birini və ya ikisini özü dünyaya gətirib, digərləri isə surroqat analardan doğulub.

İstintaq 2025-ci ilin mayında iki aylıq körpənin kəllə-beyin travması ilə xəstəxanaya gətirilməsindən sonra başlayıb. Arkadiya polisi travmanın dayə tərəfindən yetirildiyini müəyyən edib.

Daha sonra məlum olub ki, evdə uşaqların dayələrin nəzarəti altında gündə bir neçə saat parta arxasında keçirdiyi üç "tədris mərkəzi" yaradılıb. Hərəkət sensorları ilə təchiz edilmiş kameralar baş verənləri qeydə alıb, ev sahibləri isə görüntüləri böyük ekrandan izləyiblər.

Prokurorun sözlərinə görə, görüntülərdə dayələrin uşaqları hər gün döydüyü əks olunub. Videolardan birində Syuanın otağa daxil olaraq dayəyə uşağı daha güclü döyməyi əmr etdiyi, digərində isə özünün də uşağın döyülməsinə qoşulduğu görünür. Dayələrə uşaqların bədənində "fiziki iz buraxmamaq" tapşırılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin hər biri üçün 20 milyon dollar girov müəyyən edib. Onlara ev dustaqlığında qalmaq və uşaqlara yaxınlaşmamaq şərti qoyulub. /oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri