ABŞ də helikopter qəzası, 2 ölü
Icma.az, 525.az portalına istinadən məlumat verir.
ABŞ-də meşə yanğınlarının söndürülməsinə cəlb edilən helikopter qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ABŞ meşə Təsərrüfatının 2 əməkdaşı həyatını itirib.
Hadisə Kaliforniyadakı "Yosemite" Milli Parkının ərazisində baş verib. Alovu söndürmək üçün "Precision" kompaniyasına məxsus "Eurocopter Super Puma" helikopteri idarəetmədən çıxaraq yerə çırpılıb. Qəzanın baş vermə səbəbləri bəlli deyil.
Qeyd edək ki, "Yosemite" Milli Parkı Sierra-Nevada dağ silsiləsinin qərb yamaclarında yerləşən, dünyanın ən məşhur təbiət qoruqlarından biridir. Sentyabrın 15-dən başlayan yanğın parkda 1,3 min hektar ərazini kül edib.
L.Tağıyeva
Baxış sayı:44
Bu xəbər 22 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















