Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

ABŞ də keçirilən üçtərəfli görüş: STM respondentləri nə fikirdədir?

ABŞ də keçirilən üçtərəfli görüş: STM respondentləri nə fikirdədir?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial Tədqiqatlar Mərkəzi (STM) ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş və imzalanan bəyannamələr, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri ilə bağlı ölkə ictimaiyyətinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.

Yenisabah.az xəbər verir ki, STM-dən APA-ya verilən məlumata görə, sorğunun nəticələri sözügedən hadisələrin ictimai rəydə müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirildiyini müəyyən edib.

Sorğu nəticələri ölkə ictimaiyyətinin böyük hissəsinin görüşlə bağlı xəbərdar olduğunu göstərib. Belə ki, nəticələrə əsasən respondentlərin 87,3%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş barədə məlumatlı olduğunu bildirib. Onların 65,2%-i bu barədə ətraflı məlumata sahib olduğunu bildirərkən, 22,1%-i qismən məlumatlı olduğunu qeyd edib. Məlumatsız olan respondentlər cəmi 12,7% təşkil edib. Marqarita pizza

Nəticələrə əsasən, respondentlərin böyük əksəriyyəti, yəni 77,2%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşü və Azərbaycanla Ermənistan arasında imzalanan birgə bəyannaməni çox uğurlu diplomatik addım kimi qiymətləndirib. Başqa sözlə, əksəriyyət bu hadisəni ölçü üçün əhəmiyyətli diplomatik nailiyyət kimi qəbul edib. Respondentlərin 18,5%-i bu hadisəni orta səviyyəli nailiyyət kimi dəyərləndirib. Sorğu iştirakçılarının yalnız 3,5%-i görüşün gözləntilərini qarşılamadığını qeyd edib. 0,8% isə bu suala cavab verməkdə çətinlik çəkib. Ümumilikdə sorğu nəticələri keçirilən görüş və imzalanan sənədin ictimai rəy müstəvisində yüksək dəstək qazandığını deməyə əsas verib.

Nəticələr göstərir ki, sözügedən görüş ictimaiyyət tərəfindən pozitiv diplomatik addım kimi qəbul olunub və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı cəmiyyətdə nikbinliyi artırıb. Belə ki, respondentlərin böyük əksəriyyəti, ümumilikdə 89,3%-i ABŞ-nin vasitəçiliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı mövqeyindən çıxış edib. Onların 61,1%-i böyük irəliləyiş olacağı ilə bağlı, 28,2%-i qismən irəliləyiş olacağı ilə bağlı gözləntilərini bölüşüb. Digər tərəfdən, 4,6% respondent heç bir dəyişiklik gözləmədiyini, 3,8% isə bu vasitəçiliyin mənfi təsir göstərəcəyini ifadə edib. Sorğu iştirakçılarının 2,4%-i bu barədə rəy bildirməyib. Beləliklə, böyük əksəriyyət ABŞ-nin vasitəçiliyinə etimad göstərərək, bu vasitəçiliyin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı gözləntisini bölüşüb.

Sorğunun nəticələri görüşün əsas uğurlu sahələri, həm siyasi, həm də iqtisadi istiqamətlərdə prioritetləri barədə ictimai rəyi müəyyən etməyə imkan verib. Keçirilən görüş və imzalanan memorandumların əhəmiyyətli uğurları arasında respondentlər daha çox yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması (90,4%), Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi münasibətlərin güclənməsi (90,1%), regionda dayanıqlı sülhə nail olunması (89,3%) və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması (89,3%) məsələlərini vurğulayıblar. Eyni zamanda, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı (83,9%), Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması (82,0%), Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcı (78,0%) gözləntilər sırasında qərarlaşıb.

"Prezident İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazandı" fikri ilə sorğuda iştirak edənlərin 96,3%-i razı olduğunu, 3,2%-i razı olmadığını qeyd edib. 0,5%-i bu barədə rəy bildirməyib.

Respondentlərin 85,0%-i Vaşinqton zirvəsini Vətən müharibəsindəki qələbənin nəticəsi kimi dəyərləndirib.

Sorğunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 95,2%-i bu görüşün yekunlarını Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bütövlük hadisəsi kimi şərh edib.

Respondentlərin 80,7%-i ABŞ-nin Cənubi Qafqazda nüfuzunun artdığı mövqeyini bölüşüb.

Ölkə ictimaiyyəti Vaşinqton zirvəsini ən çox Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirib. Bu mövqe sorğu iştirakçılarının 76,4%-i tərəfindən səsləndirilib. Respondentlərin 41,2%-i bu zirvəni eyni zamanda Prezident Donald Trampın uğuru kimi dəyərləndirib. Baş nazir Nikol Paşinyan isə yalnız 5,1% tərəfindən qeyd olunub. Eyni zamanda, sorğu iştirakçılarının 18,0%-i keçirilən görüşü regionda gedən proseslərin ümumi məntiqi nəticəsi kimi dəyərləndirib. 1,3% digər cavabları qeyd edib, 3,2% isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin sülh diplomatiyasına ictimai dəstəyin yüksək olduğunu və bu siyasətin milli maraqlar baxımından uğurlu, məqsədyönlü kimi qəbul edildiyini göstərib. Belə ki, respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin sülh diplomatiyasını ümumilikdə yüksək (92,8%) qiymətləndirib. Respondentlərin 66,8%-i bu siyasəti çox yüksək, 26,0%-i isə yüksək səviyyədə dəyərləndirib. Orta qiymətləndirənlər 5,4%, aşağı səviyyədə dəyərləndirənlər isə ümumilikdə 1,6% olub.

Respondentlərin əksəriyyəti (57,1%-i) ABŞ-la strateji tərəfdaşlığı Azərbaycanın milli maraqları baxımından istənilən halda vacib hesab edib. Sorğuda iştirak edənlərin 32,2%-i ABŞ-la tərəfdaşlığın vacib olduğunu, lakin eyni zamanda region ölkələri ilə münasibətlərin qorunmasının zəruriliyini vurğulayıb. Onların cəmi 6,2%-i ABŞ-la strateji tərəfdaşlığı ümumiyyətlə vacib hesab etmədiyini bildirib. 4,6%-i bu barədə rəy bildirməyib.

Azərbaycan ictimaiyyəti Cənubi Qafqazda həlledici mövqeyə malik ölkələr kimi ilk sırada Azərbaycanı (74,8%) və Türkiyəni (64,6%) görür. Növbəti sıralarda ABŞ (44,0%), Rusiya (19,6%), Çin (13,4%), İran (5,1%) və Ermənistanın (1,1%) adı qeyd olunub. Respondentlərin 1,9%-i digər ölkələrin adını səsləndirib. Respondentlərin 2,4%-i bu ölkələrin heç birinin həlledici olmadığı mövqeyini bölüşüb, 2,7% bu barədə rəy bildirməyib.

Metodologiya Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Sorğular 2025-ci ilin 9 avqust – 14 avqust tarixlərində, yaşı 18 və yuxarı olan 1100 respondent arasında keçirilib. Sorğular kompüter dəstəkli telefonla müsahibə (CATI) üsulundan istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin tədqiqat məqsədləri üçün istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri