ABŞ də Məxfi Xidmətin üç işçisinin fəaliyyəti araşdırılır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Məxfi Xidmətinin üç əməkdaşı, o cümlədən qurumun kommunikasiya üzrə direktoru Entoni Qulyelmi daxili araşdırma başlanılması səbəbindən müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Həmin əməkdaşların xidməti avadanlıqlara və məxfi sənədlərə çıxışı dayandırılıb. Onların konkret olaraq hansı qayda pozuntularında şübhəli bilindikləri açıqlanmır.
Telekanal qeyd edir ki, bundan əvvəl Prezident Donald Trampın yeni təyyarəsi, həmçinin vitse-prezident Cey Di Vens və onun ailə üzvlərinin səfərlərinin təşkili barədə məlumatların sızması ilə əlaqədar ABŞ Məxfi Xidmətinin bir neçə agenti dindirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















