ABŞ də məzuniyyət şənliyində qan töküldü 12 yaralı var, 6 sı uşaqdır
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ-nin Florida ştatının paytaxtı Tallahassi şəhərində yerləşən Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (Florida A&M) yaxınlığında keçirilən məzuniyyət ziyafətində silahlı insident baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, ziyafətdə qeydə alınan kütləvi dava qanla bitib.
Polis idarəsinin məlumatına görə, yaralananlardan 11-i güllə yarası, 1 nəfər isə insident zamanı ərazidən qaçarkən yıxılaraq xəsarət alıb. Yaralananların 6-sı yetkin şəxs, 6-sı isə uşaqdır. Zərərçəkənlərdən 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd olunub ki, qaçarkən xəsarət alan şəxs yaralanan uşaqlardan birinin nənəsidir.
İlkin araşdırmalara əsasən, yerli vaxtla saat 20:00 radələrində tədbir iştirakçıları arasında fiziki əlbəyaxa dava başlayıb və qısa müddət sonra tərəflər silaha əl atıblar. Hadisə ilə bağlı genişmiqyaslı istintaq başlanıb, atəş açan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















