Bunun üçün dövlət büdcəsində onlara ayrılan vəsaitin artırılması vacibdir
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mütləqdir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da elmin inkişafı xalqımız üçün prioritet məsələlərdən biri olsun. Təkcə islahatların aparılması deyil, hər bir sahədə elmin rolunun artırılması və aktuallaşdırılması vacibdir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Elnarə Akimova 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.
O çıxışına Lui Pasterin məşhur bir fikri ilə başladı:
"“Elmin vətəni yoxdur, alimin vətəni var”. Belə bir vətən anlayışı Azərbaycan elminin inkişaf yolunda da əsas götürülməlidir. Dövlətimiz elmin inkişafına layiqincə maliyyə vəsaiti ayırmalıdır. Lakin bu, təkcə dövlətin deyil, elmin inkişafını istəyən cəmiyyətin də məsuliyyətidir. Elmdə tərəqqi əldə etmək üçün inkişafı dünyanın aparıcı elmi mərkəzləri ilə qarşılıqlı inteqrasiya səviyyəsində qurmalıyıq.
Bu baxımdan bir neçə məsələyə diqqət yetirmək istərdim. Gənc elmi potensialımız dünyanın aparıcı elmi mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarından daha səmərəli istifadə etmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılırmı? Heç kimə sirr deyil ki, elmin inkişafı və Nobel mükafatları baxımından bir sıra ölkələr, o cümlədən Pakistan və Türkiyə diqqətəlayiq nəticələr əldə edib. Biz də elmdə öz məhsulumuzu ortaya qoymalı, elmi nailiyyətlərimizlə dünyada tanınmalıyıq. Bu istiqamətdə insanlara xidmət edən elmi fəaliyyətin dəstəklənməsi, alimlərin maddi vəziyyətinin nəzərə alınması vacibdir".
Deputat diqqətə çatdırdı ki, mətbuat ümumdünya informasiya şəbəkəsində öz mövqeyini qoruyub saxlamalıdır:
"Yeni dövrün reallıqları elektron informasiya daşıyıcılarının və müasir informasiya təqdimatı vasitələrinin əhəmiyyətini artırıb. Artıq dünyada informasiya texnologiyaları ilə yanaşı, yaddaş və informasiya daşıyıcılarının da rolu sürətlə artır. Bildiyiniz kimi, 1990-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuatın maddi vəziyyəti ağır idi. Həmin mətbuat orqanlarının bağlanması təhlükəsi yaranmışdı. Bu baxımdan, 1992-ci ildən ədəbi nəşrlərin dövlət büdcəsindən maliyyələşdirilməsi istiqamətində addımlar atılıb. Diqqətinizi xüsusilə buna yönəltmək istəyirəm. Həmin nəşrlərin mövcudluğunu davam etdirməsi və fəaliyyətini qoruyub saxlaması üçün maliyyə dəstəyi mühüm rol oynayıb. İqtisadiyyatımızın inkişafı ilə yanaşı, bu nəşrlərin fəaliyyətinin daha yüksək səviyyədə davam etdirilməsi məsələsinə də diqqət ayrılmalıdır. Bunun üçün dövlət büdcəsində onlara ayrılan vəsaitin artırılması vacibdir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















