ABŞ də polis artıq elektrik təyyarələri ilə xidmət göstərəcək
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Florida Politexnik Universiteti polislərə pilotlu elektrik təyyarəsi təqdim etməyə və bununla da polis patrulunda yeni bir səhifə açmağa hazırlaşır.
Yeniavaz.com “Naked Science” portalına xəbər verir ki, polis “Jetson ONE” adlı bu nəqliyyat vasitəsindən universitetin kampus ərazilərində patrul xidməti həyata keçirmək, həmçinin, fövqəladə hallarda müdaxilə etmək üçün istifadə etməyi planlaşdırır.
Portalın məlumatına görə, cihaz elektrik mühərrik sistemi ilə təchiz olunub və şaquli qalxa və enə bilir.
Bu xüsusiyyətlər polis əməkdaşlarına adi patrul maşını ilə çətin çatmaq mümkün olan ərazilərə çatmağa imkan verəcək.
Kaliforniyada yerləşən “Jetson” şirkəti “Jetson ONE”ın sifarişi üçün üç il vaxt qalmasına baxmayaraq, universitetin sifarişini sürətləndirib.
İndiyə qədər şirkət əsasən istirahət məqsədləri üçün təyyarələrdən istifadə edən istehlakçıların sifarişlərini yerinə yetirib. İndi universitetin layihəsi onlara fərdi elektrik təyyarələrinin imkanlarını peşəkar mühitdə sınaqdan keçirməyə imkan verəcək.
“Jetson ONE” səkkiz elektrik mühərriki ilə təchiz olunub. O, saatda 100 kilometrə qədər sürətə çata və təxminən 20 dəqiqə havada qala bilir.
Tək nəfərlik təyyarənin çəkisi batareyaları ilə birlikdə təxminən 115 kiloqramdır. O, ballistik paraşüt və avtomatik eniş funksiyası ilə təchiz olunub.
Bu mövzuda digər xəbərlər:ABŞ sərhədində robotlar xidmət göstərəcək
17 Avqust 2026 15:36
Bank Respublika artıq Qəbələ sakinlərinə də xidmət göstərəcək
11 Mart 2025 15:12
ABŞ də döyüş təyyarələri toqquşub
18 May 2026 15:19
Qazaxıstan elektrik təyyarələri alacaq...
08 Noyabr 2025 23:05
Bu bank bayram günlərində də xidmət göstərəcək
19 Mart 2026 12:04
Baxış sayı:137
Bu xəbər 24 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















