Icma.az
close
up
RU
“ABŞ də səssiz çevriliş olub Yaxın günlərdə vəziyyət daha da qarışacaq”

“ABŞ də səssiz çevriliş olub Yaxın günlərdə vəziyyət daha da qarışacaq”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli jurnalist İsmail Bendideriya ABŞ-də son günlər baş verən proseslərlə bağlı diqqətçəkən və mübahisəli açıqlamalar verib.

O, "Ulusal TV"-nin efirində çıxışı zamanı Amerikada “səssiz çevriliş” baş verdiyini iddia edib.

Jurnalistin sözlərinə görə, bu proseslərdə əsas rolun İsrailə yaxın qüvvələrə aid olduğu irəli sürülür:“Amerikada bundan bir həftə, 8 gün əvvəl səssiz bir çevriliş oldu. Bu çevrilişi İsrail qanadı etdi. İsrail rəsmi olaraq Donald Tramp vasitəsilə Amerikada milli qüvvələri kənarlaşdırdı.

O, son dövrlərdə ABŞ-də vəzifədən uzaqlaşdırılan hərbçilər və kəşfiyyat əməkdaşlarına diqqət çəkərək bildirib ki, bu proseslər ölkə daxilində ciddi sarsıntılara səbəb olub:“Vəzifədən alınan generallara baxın, uzaqlaşdırılan Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarına baxın. Amerikada hazırda ciddi silkələnmə yaşanır”.

Jurnalist həmçinin ABŞ daxilində bu proseslərə qarşı narazılığın artdığını iddia edib. Onun sözlərinə görə, bəzi hərbçilər İsrailin maraqları uğrunda döyüşmək istəmədiklərini açıq şəkildə ifadə ediblər:“Sistem nə qədər problemli olsa da, Amerikada da bu dövləti öz dövləti sayan insanlar var və bu baxımdan müəyyən qədər haqlıdırlar. Bu dövlət nə Trampın, nə də İsrailindir. Kimlər orada istefa verdi və etiraz etdi? Amerikalı əsgərlər. Onlar dedilər ki, biz amerikalı əsgərləri İsrail üçün qurban verə bilmərik. Uşaqlarımızı İsrail yaşasın deyə fəda edə bilmərik. Əgər müharibə olacaqsa, İsrail özü döyüşsün, bunun bizə nə aidiyyəti var? Onlar kənara çəkildilər. Etiraz edənləri isə həbs etdilər. Amerika hazırda bir çevriliş yaşayır. Amerikalı milli qüvvələr bunun hesabını siyonistlərdən soruşacaq. Buna görə də Amerika yaxın günlərdə daha da qarışacaq".

Açıqlamada ABŞ-də kütləvi etiraz aksiyalarının keçirildiyi də diqqətə çatdırılır:“Bu günlərdə Amerikada milyonlarla insan küçələrə çıxıb. Mən 30 ildən çoxdur medianı izləyirəm, belə bir vəziyyət görməmişəm”.

İsmail Bendideriya qeyd edib ki, baş verən hadisələr gələcəkdə daha böyük qarşıdurmalara səbəb ola bilər və proseslərin həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə təsirləri gözlənilir:“Böyük ehtimalla, çox ciddi hadisələr baş verəcək. Bu, təkcə Amerikada deyil, onun təsir dairəsində olan bölgələrdə də hiss olunacaq”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri