ABŞ də təyyarə qəzası
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Texas ştatında kiçik təyyarənin yük dayanacağına çırpılması nəticəsində azı iki nəfər ölüb.
Missiya.Az xəbər verir ki, insident Fort-Uort şəhərində, Tarrant qraflığı ərazisində qeydə alınıb.
Məlumata görə, təyyarə Hiks hava limanı yaxınlığında yerləşən yük maşınları və qoşquların saxlandığı dayanacağa düşüb.
Qəza nəticəsində ərazidə güclü yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Fort-Uort Yanğın Departamentinin sözçüsü Kreyq Troyacek bildirib ki, təyyarə, bir neçə yük maşını və ticarət obyektləri yanıb. Axtarış-xilasetmə tədbirləri zamanı ərazidə iki nəfərin meyiti tapılıb.
Təyyarənin havaya haradan qalxdığı, ölən şəxslərin kimliyi və qəzanın dəqiq səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Seyranə Quliyeva
Missiya.Az

