ABŞ də Trampın oğlunun prezidentlliyə namizədliyi müzakirə olunur
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
2028-ci ildə keçiriləcək prezident seçkilərində ABŞ-nin hazırkı Prezidenti Donald Trampın böyük oğlu Respublikaçılar Partiyasından namizəd ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Nəşrin yazdığına əsasən, kiçik Tramp ötən həftə verdiyi açıqlamada gələcəkdə seçkilərdə iştirak ehtimalını tamamilə istisna etmədiyinə eyham vurub.
Jurnalistlər yazır ki, Respublikaçılar Partiyasından prezidentliyə digər potensial namizədlər arasında ABŞ-nin vitse-prezidenti J.D. Vens, dövlət katibi Marko Rubio, daxili təhlükəsizlik naziri Kristi Noem, Florida ştatının qubernatoru Ron DeSantis, Virciniya qubernatoru Qlen Yanqin və Corciya qubernatoru Brayan Kemp də yer alır.
Aytəkin TOFİQQIZI


