“Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı keçirilib
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Bu gün “LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı və imza saatı keçirilib.
Gununsesi.info xəbər verir ki, mərasimdə AMEA-nın həqiqi üzvü, Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, SİTA-nın İstanbuldakı sabiq xüsusi müxbiri Azər Cahangirov və digər qonaqlar kitab haqqında fikirlərini bildiriblər.
Təqdimat mərasimində oxumağın insan həyatındakı yeri, yaddaş və unutmaq arasındakı qəribə, eyni zamanda düşündürücü münasibət barədə dəyərli mülahizələr səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















