Icma.az
close
up
RU
ABŞ Donbas məsələsinin həlli üçün yeni idealar axtarır Zelenskidən açıqlamalar

ABŞ Donbas məsələsinin həlli üçün yeni idealar axtarır Zelenskidən açıqlamalar

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Zelenskinin sözlərinə görə, danışıqlar “predmetli və konstruktiv” xarakter daşıyıb və əsas diqqət “qansızmanın dayandırılması”, Rusiyanın üçüncü dəfə genişmiqyaslı hücum ehtimalının aradan qaldırılması və Moskvanın öz öhdəliklərinə əməl etməyəcəyi risklərinin azaldılmasına yönəlib. Danışıqlarda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib. Onlar hazırda ABŞ-də səfərdədirlər.

“Axios” nəşrinin mənbələrinə görə, iki saat davam edən söhbətdə əsasən təhlükəsizlik təminatları və ərazi məsələləri müzakirə edilib. Mənbə bildirir ki, “ərazi məsələləri üzrə dialoq çətin keçib, çünki Rusiya hələ də Ukraynanın Donbasda nəzarət etdiyi ərazilərdən çıxmasını tələb edir". ABŞ isə bu məsələnin həlli üçün yeni ideyalar axtarır.

Bununla belə, təhlükəsizlik təminatları üzrə tərəflər müəyyən irəliləyiş əldə edib və mövqelər bir qədər yaxınlaşıb. Mənbə deyib ki, Uitkoff və Kuşner hər iki tərəfin mövqelərini toplamaqla yanaşı, həm Putinə, həm də Zelenskiyə lazımi kompromislərə getmək üçün təzyiq göstəriblər.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog isə şənbə günü bildirib ki, müharibənin dayandırılması ilə bağlı razılaşma həqiqətən də çox yaxındır. Onun sözlərinə görə, proses Donbasın gələcəyi və Zaporojye AES-in statusu ilə bağlı iki əsas məsələnin həllindən asılıdır: “Düşünürəm ki, bu iki məsələ həll olunsa, qalan hissə də öz-özünə yoluna düşəcək”.

Kellog əlavə edib ki, prosesin son 10 metri ən çətin hissədir.

Vladimir Putin də Kremlin görüşündən sonra bildirib ki, Rusiya ABŞ-nin irəli sürdüyü 28 bəndlik ilkin təklifin bir sıra hissələri ilə razılaşmayıb. ABŞ sonradan bu planı dörd ayrıca “paketə” bölməyi təklif edib.

Daha əvvəl Cenevrədə Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra təklifdəki bəndlərin sayının 28-dən 19-a endirildiyi bildirilmişdi.

Bu sənədlər rəsmi şəkildə dərc olunmasa da, 28 bəndlik plan mətbuata sızmış və Ağ Ev onun orijinallığını təkzib etməmişdi. Ukrayna və Avropa İttifaqının bəzi nümayəndələri planın bir sıra maddələrinin Rusiyanın xeyrinə olduğunu bildirsələr də, Kiyev bu planı danışıqlar üçün əsas kimi qəbul etməyə razılıq verib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri