ABŞ Dövlət Departamentinin türk tələbənin saxlanmasına dair heç bir sübut tapmadığı iddia edilir
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
ABŞ Dövlət Departamentinin Tufts Universitetinin doktorantı Rümeysa Öztürkün İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanmazdan əvvəl antisemitizm fəaliyyəti ilə məşğul olduğuna və ya HƏMAS-ı dəstəkləyən bəyanatlar verdiyinə dair heç bir sübut tapmadığı bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, mart ayında "Washington Post" (WP) qəzetində dərc edilən açıqlamada ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) Öztürkün İsrail əleyhinə fəaliyyət göstərdiyi səbəbiylə vizasının ləğvini tövsiyə etdiyi ortaya çıxıb.
Açıqlamaya görə, yüksək səviyyəli rəsmi Andre Vatson Öztürkün İsrail əleyhinə fəaliyyətdə iştirakı və Tufts Universitetini İsraillə əlaqələri olan şirkətlərdən əl çəkməyə çağıran bir memorandum yazmasından başqa, iddiaları dəstəkləyəcək heç bir dəlil olmadığını deyib.
Açıqlamada Öztürklə bağlı aparılan araşdırmalar çərçivəsində ABŞ hökumətinin məlumat bazalarında terrorla bağlı heç bir məlumata rast gəlinmədiyi də qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















