ABŞ Dövlət katibi: Əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 27 may, AZƏRTAC
“Əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Kabinet iclasında deyib.
“Son hadisələr bizə bir daha xatırladır ki, onlar heç vaxt nüvə silahına sahib ola bilməzlər”, - deyə Rubio bildirib.
O, diplomatiyanın həmişə birinci seçim olduğunu deyərək əlavə edib ki, növbəti bir neçə saat və gün ərzində irəliləyiş əldə edilib-edilməyəcəyi məlum olacaq.
“Əgər bu işə yaramazsa, başqa seçimlər də var. Amma əsas məsələ odur ki, biz diplomatik yola üstünlük veririk və ona uğur qazanmaq üçün hər şansı verəcəyik”, - deyə Rubio vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:Heç vaxt İranın nüvə silahı ola bilməz Dövlət katibi
16 Fevral 2025 20:44
ABŞ Prezidenti: Vaşinqton üçün əsas şərt İranın nüvə silahına sahib olmamasıdır
07 Fevral 2026 10:15
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
17 Avqust 2026 21:42
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm
22 Sentyabr 2026 19:00
ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə heç vaxt danışmadığını bildirdi
28 Aprel 2026 13:36
Baxış sayı:215
Bu xəbər 27 May 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















