Icma.az
close
up
RU
ABŞ Ədliyyə Nazirliyinə Trampın keçmiş xanım vəkili rəhbərlik edəcək

ABŞ Ədliyyə Nazirliyinə Trampın keçmiş xanım vəkili rəhbərlik edəcək

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Senatı fevralın 5-də Pem Bondini ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.  

Qaynarinfo "The Hill" nəşrinə istinadla xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, 54 qanunverici Bondinin namizədliyini dəstəkləyib, 46 nəfər isə əleyhinə səs verib.  

Bundan əvvəl o, Florida ştatının ilk qadın baş prokuroru olub və bu vəzifədəki fəaliyyəti yüksək qiymətləndirilib.  

Bondi həmçinin keçmiş prezident Donald Trampın vəkili kimi fəaliyyət göstərib və 2020-ci ilin yanvarında Senatda onun səlahiyyətlərindən sui-istifadə və Konqresin apardığı təhqiqatın qarşısını almaq ittihamları üzrə məhkəmə prosesində onu müdafiə edib.  

Senatda təsdiqlənmədən əvvəl keçirilən dinləmələr zamanı Bondi bir sıra suallara cavab verməkdən imtina edib və onları hipotetik adlandıraraq, Trampın qanunsuz hərəkətlərdə ittiham olunacağı təqdirdə xüsusi vəkil təyin edib-etməyəcəyi ilə bağlı suallardan yayınıb.  

O, həmçinin Trampın 2020-ci il seçkilərində məğlub olduğunu etiraf etməyib, lakin Co Baydeni prezidentliyi dövründə "ABŞ-ın hazırkı prezidenti" adlandırıb.  

Qeyd edək ki, Tramp əvvəlcə baş prokuror vəzifəsinə Florida ştatından Nümayəndələr Palatasının üzvü, onun qatı tərəfdarı olan Mett Qeytsi namizəd göstərmişdi. Qeyts insan alveri işi üzrə federal istintaqın hədəfi olub, lakin ona qarşı ittiham irəli sürülməyib. Nümayəndələr Palatasında isə onun yetkinlik yaşına çatmayan şəxslərlə mümkün cinsi əlaqələri və qanunsuz narkotik istifadəsi ilə bağlı araşdırma aparılıb.  

Qeyts həmçinin Ukrayna barədə dezinformasiyalar yayaraq, bu ölkəyə hər cür yardımı dayandırmağa çağırıb.  

Bu, Ədliyyə Nazirliyində narazılıq yaradıb. Bir sıra respublikaçı senatorlar Trampın ətrafına Qeytsin Senatda təsdiqlənməsinin çətin olacağını bildiriblər.  

Bundan sonra Qeyts namizədliyini geri götürdüyünü açıqlayıb. O, qərarını izah edərkən senatorlarla "əla görüşlər" keçirdiyini, onların dəyərli rəylərini və bir çoxunun "inanılmaz dəstəyini" yüksək qiymətləndirdiyini bildirib.  

ABŞ Konqresinin Nümayəndələr Palatasının Etika Komitəsinin dekabr ayının sonunda açıqladığı hesabatda Qeytsin qadınlara cinsi əlaqə müqabilində on minlərlə dollar ödədiyi və narkotik maddələr aldığı, bunun isə Nümayəndələr Palatasının bir sıra qaydalarını pozduğu qeyd olunub.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri