Icma.az
close
up
RU
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır Politoloq AÇIQLADI

ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır Politoloq AÇIQLADI

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq 3 gündür ki, ABŞ və İsrail qüvvələri İranı aramsız roket atəşinə tutur. Hətta atılan roketlərdən biri İranın Ali dini lideri Əli Xameneinin qərargahına düşüb və o, yaxınları ilə birlikdə həlak olub. ABŞ-nin bu gün açıqladığı rəqəmlərdə isə bildirilib ki, ilk hücumda İranın 49 yüksək vəzifəli dövlət məmuru həlak olub.

Bir az daha keçmişə getsək görərik ki, hələ 2010-cu ildən Ərəb dünyasını bürüyən kütləvi iğtişalar, eləcə də İsrail və ABŞ-nin, onların müttəfiqlərinin bu ölkələrə müdaxiləsi, hücumları nəticəsində qeyd edilən dövlətlərdə çöküş yaşanır. Belə ki, əvvəlcə Tunislə başlayıb daha sonra Mərakeş, Əlcəzair, Misir, Oman, Liviya, Yəmən, Suriya və digər ölkələrlə davam edən müdaxilələr, deyəsən, artıq İranla yekunlaşır. Daha əvvəldən Birləşmiş Ştatlarla yaxınlığı ilə seçilən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər kimi ölkələrdə isə bu vəziyyət yaşanmadı. Çünki qeyd edilən ölkələr öz sərvətlərini daha əvvəldən ABŞ və onun müttəfiqlərinə təhvil vermişdi. Müqavimət göstərən 2-3 dövlət qalmışdı: İraq, Liviya, Suriya və İran. İraqa nüvə silahının olması adı ilə girən ABŞ dövlətin sərvətinin böyük əksəriyyətindən maksimum qazanc əldə etdikdən sonra ölkəni tərk etdi. Barak Obamanın “humanistliyi”nin ayağına yazılan bu tərketmədən sonra İraq 15 ildən çoxdur ki, özünə gələ bilmir. Liviyada dövlət başçısı Qəddafinin öldürülməsindən sonra ölkə ərazisində bir neçə palma ağacı qalıb, vəssalam. Suriyada Bəşər Əsəd ölkəsinin sərvətlərini ABŞ-yə təhvil vermədiyi üçün sərt müdaxilə ilə ölkəsindən qaçaraq Rusiyaya sığındı. Müqavimətsiz Afrikanın şimal ölkələrindən sonra növbədə isə bir ölkə qalırdı, o da İran. Sərt dini qanunları, ölkədəki etiraz aksiyalarını özünə təhlükə bilən Molla rejimi gəncləri həbs edir, aksiyaları ən kobud şəkildə yatırdı. 3 gün əvvəl ABŞ-İsrail qüvvələrinin hücumları nəticəsində isə həm müdafiə, həm də əks-hücumla düşdüyü vəziyyətdən çıxmağa çalışır.

Beynəlxalq ictimaiyyəti maraqlandıran isə, ABŞ-nin Ərəb baharından sonra hansı ölkələrə “bahar” gətirmək niyyətinin olmasıdır.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Ərəb Baharı hadisələri məhz ABŞ-nin bir lahyəsi olaraq dəyərləndirilirdi və Ərəb dünyasında olan liderlərin ard-arda devrilməsi hadisəsi ona gətirib çıxardı ki, regiyondakı o siyasi vəziyyət ABŞ-nin xeyrinə dəyişdi.

“Məsələn, Liviyada hələ də hansı ki Qəddafi orada hakimiyyətdə idi və anti-amerikan siyasət aparırdı. İndiki situasiya müəyyən qədər ABŞ-nin xeyrinədir. Eləcə də Tunis, Suriya olsun. Məsələn, Suriyada Bəşər Əsəd dövründə anti-amerikan siyasət aparılırdı, artıq Əl-Şəara hakimiyyətə gəldikdən sonra nisbətən Amerika meyilli siyasətə keçib. Bəs eyni proseslər digər regionlarda da davam edə bilərmi?

Müxtəlif fikirlər səsləndirlər bununla bağlı.  Məsələn, yaxın illərdə Afrika Baharının baş verməsi barəsində müzakirələr gedir. Məlum olduğu kimi Afrika ölkələri keçmiş Avropa ölkələrinin koloniyası idi və hal-hazırda həmin ölkələrdə müəyyən dərəcədə boşluqdan istifadə edərək son zamanlarda Rusiyaya yaxın şəxslər hakimiyyəti elə keçirib.

Afrika ölkələrində Ərəb dünyasındakı vəziyyət baş verə bilərmi? Bununla bağlı müzakirələr artıq aparılır. Çünki Afrika ölkələri nisbətən zəifdir. Eyni zamanda Mərkəzi Asiya ölkələriylə bağlı da müzakirələr aparılır ki, Mərkəz Asiya ölkələrində də Asiya baharı hadisələri baş verə bilərmi? Burada bir məsələ var ki, Mərkəz Asiya ölkələrində son zamanlarda Rusiya və Rusiyanın mövqeləri zəifləyib. Məsələn, müxtəlif ölkələrdə hakimiyyət dəyişikliklərindən sonra, məsələn, Türkmənistan hal-hazırda Asiyanın ən qapalı ölkəsidir, birbaşa ABŞ ilə dialoq içərisindədir.

Qazaxıstanda hakimiyyət dəyişikliyi baş verəndən, Kasım-Jomart Tokayev hakimiyyətə gəldikdən sonra ABŞ ilə münasibətlərdə yeni bir məhələ açıb. Özbəkistanda İslam Kərimovu Şavkat Mirziyoyev əvəz etdikdən sonra yeni bir məhələ açıb. Yəni, burada inanmıram ki, ABŞ hansısa bir çevriliş cəhdlərinə qalxsın.

Yəni, bu ölkələrin bugünkü liderləri ABŞ ilə son zamanlarda çox yaxın münasibətlər qurulurlar.

Təhlükə daha çox Afrika üçün gözlənilir. Yəni, Afrika ölkələrində bu müddət ərzində ABŞ-nin müdaxiləsi ilə müəyyən çevrilişlər baş verə bilər”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Mart 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri