Icma.az
close
up
RU
ABŞ Ermənistanı qurban verdi Azərbaycana göndərilən sirli məktub

ABŞ Ermənistanı qurban verdi Azərbaycana göndərilən sirli məktub

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı diqqətçəkəndir. Burada bir sıra məsələlər, xüsusilə də Azərbaycan-Ermənistan, ABŞ-Ermənistan münasibətləri haqqında müəyyən fikrilər səsləndirdi. 

“Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük. Və Tramp administrasiyasının hakimiyyətə gəlməsi Ermənistanı məyus etdi. Tramp administrasiyasının siyasəti bölgə üçün mühümdür” – deyə, İlham Əliyev vurğulayıb.

Bu mesaj nəyə hədəflənib? 

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Bayden administrasiyasının iqtidardan getməsi rəsmi Vaşinqtonla Bakı arasında münasibətlərin yeni mərhələsinin başlaması üçün müsbət zəmin yaradıb:

“Bayden administrasiyası erməni mərkəzli siyasət yürüdürdü. Heç bir strateji zərurət olmadan Ermənistanla münasibətlər ABŞ-ın Cənubi Qafqaz siyasətinin mərkəzi elementlərindən birinə çevrilmişdi. Ümumiyyətlə, Vaşinqtonun Cənubi Qafqaz siyasəti Ermənistanı dəstəkləmək və gücləndirmək ətrafında təmərküzləşmişdi. Bu isə regiondakı proseslərə və Azərbaycanın irəlilətdiyi sülh gündəliyinə ciddi ziyan vururdu. Ermənistanın birtərəfli şəkildə dəstəklənməsi Paşinyan iqtidarının sülh prosesindən yayınmasına səbəb olurdu. Həmçinin İrəvanda revanşist ideologiyanı gücləndirirdi. USAID-in də burada xüsusi rolu var idi. Onun rəhbəri Samanta Pauerin Ermənistana isti, doğma və xüsusi münasibəti heç kim üçün sirr deyil. Ötən il dekabrın 27-də seçkilərin nəticəsi məlum olmuşdu və Bayden administrasiyasının Ağ Evi tərk edəcəyi bəlli idi. Həmin vaxt Pauer ABŞ-ın Ermənistandakı səfirliyində görüş keçirdi, İrəvana dəstək bəyanatları verdi. Bayden administrasiyası getməsinə bir neçə gün qalmış planlaşdırılmamış strateji tərəfdaşlıq xartiyası imzaladı. Ermənistan ordusunun təlimlərə cəlb edilməsinin də şahidi olduq”.

Zaur İbrahimli

Politoloqun sözlərinə görə, Donald Tramp administrasiyasının indiki dünyaya baxışı, sülhpərvər mövqeyi və Cənubi Qafqazdakı prosesləri obyektiv dəyərləndirmək istəyi ABŞ-Azərbaycan münasibətlərində sağlam düşüncənin ön plana çıxmasına imkan verir:

“Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırıldı. Bu, təsadüfi deyildi. Ermənilər müxtəlif bəhanələrlə prosesi uzadırdılar. Trampın proseslərə obyektiv yanaşacağına əmin olduqdan sonra buna razılıq verdilər. Sülh sazişi mətninin razılaşdırılması ilə bağlı martın 13-də dünya ictimaiyyətinə məlumat verildi.

ABŞ-Azərbaycan münasibətlərinin yenidən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün kifayət qədər böyük zəmin var. ABŞ administrasiyası bu istiqamətdə addımlar atacaq. Azərbaycan Cənubi Qafqazda aparıcı rola malikdir. Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir. Azərbaycanın xarici siyasəti milli maraqlar çərçivəsində formalaşır dayanıqlığı və proqnozlaşdırıla bilməsi ilə seçilir. Donald Tramp administrasiyası da bu yanaşmaya üstünlük verir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri