Icma.az
close
up
RU
ABŞ gələcəkdə nüvə arsenalını artıracağını istisna etmir WSJ

ABŞ gələcəkdə nüvə arsenalını artıracağını istisna etmir WSJ

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-ın növbəti prezidenti Donald Tramp verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən "Wall Street Journal" (WSJ) məlumat yayıb.

“Mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-ın yerləşdirilən nüvə silahlarının sayının artırılmasına ehtiyacı yarana bilər”, - deyə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib. "Mənfi ssenari" haqqında danışarkən o, Rusiyanın "silahlara nəzarətdən imtina etdiyini", Çin və Şimali Koreyanın isə "ehtiyatlarını artırdığını" qeyd edib.

"The Wall Street Journal"ın yazdığına görə, tezliklə Konqresə göndəriləcək məxfiliyi silinmiş “nüvə silahlarına dair təlimat” hesabatında konkret addımlar göstərilməsə də, qeyd edilir ki, Vaşinqton "nüvə imkanlarını, strukturunu və ölçüsünü uyğunlaşdırmağa ehtiyac duya bilər", çünki "bir çox ABŞ düşmənləri nüvə silahlarını milli təhlükəsizlik strategiyalarının mərkəzi komponentinə çevirir". Qəzet əlavə edir ki, inauqurasiyadan sonra Trampın nüvə triadasının hər üç hissəsini gücləndirmək üçün bir neçə “hazır variantı” olacaq.

İyun ayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və silahların yayılmaması üzrə baş direktoru Pranay Vaddi Vaşinqtonun nüvə qüvvələrinin imkanlarını dəyişdirmək üçün artıq "ağıllı addımlar atdığını" söyləyib. Ağ Ev sözçüsünə görə, Birləşmiş Ştatlar “radiasiya yayan nüvə mühərrikli qanadlı raketlər” və ya kosmosda yerləşdirilməsi üçün nəzərdə tutulan nüvə silahları hazırlamayacaq.

Bundan əvvəl Bayden ABŞ-ın nüvə silahından istifadə şərtləri ilə bağlı yeni təlimatlar imzalayıb. Sənəddə ÇXR-in nüvə arsenalının artımı və müxtəlifliyinin nəzərə alınmasının vacibliyini, həmçinin Rusiya, Çin və KXDR-i eyni vaxtda cilovlamaq zərurəti qeyd olunub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri