COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
Icma.az, Azertag saytına istinadən bildirir.
Antalya, 16 noyabr, AZƏRTAC
Antalyada Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) sessiyası çərçivəsində yaradılan “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlılıq mövzularında müzakirələrin və sərgilərin keçirildiyi ümumi ictimai platforma olan “Yaşıl Zona”ya ilk altı gün ərzində 221 min 326 nəfərin daxil olduğunu bildirən BMT nümayəndələri, rəsmi konfrans, danışıqlar və qərarların qəbul olunduğu əsas sahədə də 102 min 610 nəfərin qeydiyyatdan keçdiyini qeyd ediblər.
Danışıqlar günün mövzusuna uyğun olaraq “Mavi” Zonada aparılsa da, bir çox flaqman layihələr, o cümlədən Türkiyənin “Sıfır Tullantı” təşəbbüsü “Yaşıl” zonada nümayiş etdirilir.
Proqram çərçivəsində 1500-dən çox panel keçirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















