ABŞ gəmisi xarab oldu, İrana qarşı işğal planı TƏXİRƏ DÜŞDÜ
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Boxer” universal desant gəmisi İrana qarşı hərbi əməliyyatların ilk həftələrində sıradan çıxaraq, ən kritik məqamda döyüşlərdə iştirak edə bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Newsmax” telekanalı kəşfiyyat və hərbi mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, Vaşinqton Tehrana qarşı dəniz blokadası tətbiq etdiyi və İranın strateji əhəmiyyətli Xark adasını ələ keçirmək planlarını nəzərdən keçirdiyi bir vaxtda, göyərtəsində 11-ci dəniz piyadaları ekspedisiya dəstəsi olan “USS Boxer” gəmisi texniki nasazlıq səbəbindən hərəkətsiz qalıb.
Təcili təmirə ehtiyacı olan gəmi, Ərəbistan dənizindəki hərbi qruplaşmanı gücləndirmək əvəzinə, minlərlə dəniz piyadası ilə birlikdə Hind okeanında yerləşən Böyük Britaniya və ABŞ-ın birgə Dieqo-Qarsiya bazasına sığınmaq məcburiyyətində qalıb.
Vəziyyətlə tanış olan amerikalı rəsmi telekanala müsahibəsində gəminin məhz əməliyyatın taleyinin həll olunduğu kritik məqamda sıradan çıxdığını təsdiqləyib:
"USS Boxer gəmisinin müvəqqəti olaraq döyüş qabiliyyətini itirməsi komandanlığı İslam Respublikasına qarşı hazırlanan əlavə və kəsərli manevr variantlarından məhrum etdi".
Ekspertlərin fikrincə, bu texniki uğursuzluq ABŞ-ın regiondakı desant imkanlarını zəiflətməklə yanaşı, hərbi planlaşdırma müddətlərinin uzanmasına və müəyyən dərəcədə İran tərəfinin vaxt qazanmasına şərait yaradıb.
Bizim.Media
Baxış sayı:169
Bu xəbər 10 İyul 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















