Icma.az
close
up
RU
ABŞ hərbi siyasi elitası parçalanır: Pentaqonda ayrı plan cızılır

ABŞ hərbi siyasi elitası parçalanır: Pentaqonda ayrı plan cızılır

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-nin müharibə naziri Pit Heqsetin üç generalı işdən çıxarması İrana qarşı hərbi əmliyyatlara münasdibətdə siyasi və hərbi elitada ciddi fikir ayrılıqlarını ortaya çıxarıb.

ABŞ Quru Qoşunlarının 41-ci qərargah rəisi, general Rendi Corc istefa verib. Lakin onun Pentaqondan verilən rəsmi açıqlamda qeyd edildiyi kimi təqaüdə çıxmaq məsdilə deyil, İrana qarşı quru əməliyyatlarına etiraz etdiyinə görə vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. 

Bundan başqa, İranda quru əməliyyatlarının keçirilməsinə qarşı çıxan ABŞ ordusunun Transformasiya və Təlim Komandanlığının rəisi, general Devid Hodne və ordu kapellanlar korpusunun rəisi, general-mayor Uilyam Qrin də vəzifələrindən azad ediliblər.

Hər üç komandan ABŞ-nin İran ərazisində quru əməliyyatları zamanı güclü itki verəcəyini əsas gətirərək bu plana etiraz ediblər. Ona görə də Prezident Donald Trampın göstərişlərini qeyd-şərtsiz yerinə yetirməyin tərəfdarı olan nazir Pit Heqset hər üç generalı istefaya göndərib.

Görünür, generallar yerüstü əməliyyat zamanı baş verə biləcək itkilərə görə məsuliyyəti bölüşmək istəməyiblər. Ümumiyyətlə, Ağ Evlə Pentaqon arasında fikri ayrılığının olması Birləşmiş Ştatların bürokratik aparatında bir növ siyasi ənənəyə çevrilib.

Bu baxımdan, generalların Trampın qərarına etiraz etməsi təbii qarşılana bilər. Lakin yüksək rütbəli hərbçilərin müdafiə nazirinə qarşı çıxması siyasi ziddiyyətlərin Pentaqonun öz daxilinə sirayət etməsindən xəbər verir.

Bu isə İrana qarşı müharibənin perspektivi, xüsusilə də döyüşlərdə quru qoşunlardan  istifadə edilməsi məsələsində elita daxilində fikir ayrılığının artmasına işarədir.

Pentaqonda aparılan təmizləmələr Konqresə aralıq seçkilərə 8 ay qalmış Respublikaçılar partiyasının və Prezident Donald Trampın mövqeyini müxalifət qarşısında xeyli zəiflədir. Hətta İran problemi ətrafında yaranmış mübahisələr Pit Heqsetin müharibə naziri postundan istefasına gətirib çıxara bilər.

Artıq onun yerinə vitse-prezident Ceyms Devid Vensin yaxın dostu Den Driskolun gətiriləcəyinə dair məlumatlar yayılıb. 40 yaşlı Daniel Patrik Driskol amerikalılar arasında siyasətçi kimi populyarlıq qazanıb. İş adamı, hüquqşünas və keçmiş hərbçi olan Driskol 2025-ci ildən bəri ABŞ Ordusunun 26-cı katibi, eləcə də Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun direktoru vəzifəsini icra edir.

Prezident Trampa sədaqəti ilə tanınan Den Driskolun adı beynəlxalq ictimaiyyətə Rusiya-Ukrayna müharibəsindən daha çox tanışdır. 

Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ABŞ-nin Rusiya ilə razılaşmaya getmək siyasətinə etiraz olaraq istefa verməsindən sonra onu Den Driskol əvəz edib. Əgər Driskol müharibə naziri vəzifəsinə gətirilərsə, bu, Trampın İran məsələsində komandasında yaranmış fikr ayrılığını özünə sadiq kadrlar hesabına aradan qaldırmaq və monolitliyi təmin etmək cəhdi kimi başa düşülə bilər. 

Pit Heqset də Trampın kursuna bağlı şəxsdir. Lakin o, ABŞ-də təcrübəsiz və zəif siyasətçi kimi tanınır. Heqsetin vəzifədə qalması ABŞ elitasında yaranmış siyasi çatı dərinlşdirə bilər. Heqsetdən fərqli olaraq, Driskol hərbi təhsil alıb və Yaxın Şərqdə müharibə təcrübəsi keçib. 

Belə ki, Nyu-Yorkun Fort Dram şəhərindəki 10-cu Dağ Diviziyasında süvari kəşfiyyatçı tağım komandiri kimi xidmət edən Driskol Driscoll ABŞ Ordusunun Reyncer Məktəbində Reyncer rütbəsini aldıqdan sonra 2009-cu ilin oktyabrında doqquz ay müddətinə İraqa göndərilib.

O, İraqdakı döyüşlər iştirak edib və Döyüş Hərəkəti Nişanı və Ordu Tərif Medalına layiq görülüb. Yəni Den Driskol İranın yerləşdiyi regionda quru əməliyyatlarının aparılmasında təcrübəyə malikdir.

Onu da qeyd edək ki, Pentaqonda Pit Heqsetdən İranla müharibədən əvvəl də narazılıq var idi. Heqset və Tramp ABŞ ordusunun İrana qarşı müharibədəki fəaliyyətini dəfələrlə tərifləyiblər. 

“Fox News”-ın sabiq aparıcısı olan Heqsetin Co Bayden administrasiyası ilə birbaşa əlaqələri olan yüksək vəzifəli peşəkar zabitləri işdən çıxarması ona qarşı narazılıq yaratmışdı. Bu baxımdan, hazırkı müharibə naziri işinə başlayan kimi, general Corcun vəziyyəti qeyri-sabit hal almışdı.

Driskol və Heqset hər ikisi siyasi iddialrı olan hərbi veteranlar olsalar da, son bir ildə əsl rəqibə çevriliblər. İrana qarşı müharibənin ən fıal dövründə Corcun qəfil işdən çıxarılması və Driskollla bağlı qeyri-müəyyənlik ordunun əsas hissəsində qeyri-sabitlik yarada bilər.

Hazırda Fars körfəzi bölgəsində ən azı 50 000 əsgər, ondan çox hərbi gəmi və sualtı qayıq yerləşdirilib. İndiyə qədər bütün hücumlar havadan və dənizdən endirilən zərbələrlə həyata keçirlsə də quru qoşunları növbəti əməliyyatlarda həlledici rol oynaya bilər.

Tramp İran ərazisinə müdaxilə üçün bir neçə variantı, o cümlədən zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməyi və neft ixracatı üçün əsas sənaye mərkəzi sayılan Hark adasını tutmağı nəzərdən keçirir. Ona görə də general Corcun yerinə təyin ediləcək hərbçinin üzərinə böyük məsuliyyət düşür.

O, ilk növbədə, mümkün qədər az itki hesabına bu əməliyyatı keçirməlidir. Əks təqdirdə, ABŞ Vyetnamda müharibəsinə bənzər bir “bataqlığa” düşə bilər. İkincisi, Vaşinqton artıq İranın ballistik raketlərindən və gündəlik dron hücumlarından müdafiə olunmaq üçün hərbi sursata milyardlarla dollar xərcləyib. İndi yeni qərargah rəisi sayı azalmış bahalı arsenalını yerini doldurmaq üçün hər hansı bir yol tapmaq vəzifəsi ilə üzləşəcək.

Trampın general Corcun yerinə kimin namizədliyini irəli sürəcəyi bəlli deyil. Hələlik bu posta Baş Qərargah rəisinin müavini general Kristofer Lanyevin namizəd olduğu bildirlir. O, Heqsetin uzun müddətli müttəfiqidir və nazir vəzifəyə başlayandan bəri sürətlə yüksəlib.

Piqsetin vəzifəsində qalıb-qalmaması İrana qarşı hərbi əməliyyatların gedişindən çox asılı olacaq. Prezident Tramp Pit Heqsetin Hona olan sədaqətinə dəyər verir.

Pentaqon rəhbəri taktiki cəhətdən uğurlu hərbi əməliyyatlara, o cümlədən 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinin bombalanmasına və 2026-cı il yanvarın 2-də Nikolas Maduronu qaçırmaq üçün Venesuelaya hücuma rəhbərlik edib.

Hazırda o, Tehrana qarşı ABŞ-İsrail əməliyyatına nəzarət edir. Heqset dəfələrlə ABŞ ordusunun İran planı üzrə qrafiki qabaqladığını bildirib. O, ABŞ-nin minlərlə hədəfə zərbə endirdiyini bəyan etsə də, İran siyasi rejimi hakimiyyətdə qalır, Hörmüz boğazı bağlanıb ki, bu da qlobal iqtisadi şoka səbəb olur.

Ağ Ev rəhbərinin ilk partlayışlardan sonra İranda hakimiyyət dəyişikliyinin baş verə biləcəyi barədə dedikləri isə hazırda qeyri-mümkün görünür.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri