Icma.az
close
up
RU
ABŞ heyvan sığınacağında quş qripi 20 böyük pişiyi öldürüb

ABŞ heyvan sığınacağında quş qripi 20 böyük pişiyi öldürüb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın Vaşinqton ştatındakı heyvan sığınacağında son həftələrdə quş qripinə yoluxmuş 20 böyük pişik ölüb. Ölən heyvanlar arasında bir Benqal pələngi, dörd puma, beş Afrika serval pişiyi və iki Kanada vaşağı da var.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu barədə sığınacağın "Facebook" səhifəsində məlumat verilib.

"Bu faciə komandamıza dərindən təsir edib və biz birlikdə heyvanların bu inanılmaz itkisinə görə çox kədərliyik", - deyə bəyanatda qeyd edilib.

Sığınacağın direktoru Mark Metyus "New York Times"a bildirib ki, heyvanlar noyabrın sonu və dekabrın ortaları arasında ölüb. "Əvvəllər heç vaxt belə bir şey yaşamamışıq; onlar adətən qocalıqdan ölürlər", - deyə Metyus bu virusu "son dərəcə təhlükəli" adlandırıb.

Quş qripinə səbəb olan virusun çöl quşlarından yayıldığı və əsasən tənəffüs ifrazatları və quşdan quşa təmas yolu ilə ötürüldüyü məlumdur. Virus quşları və ya quş məhsullarını istehlak edən məməlilərdə də infeksiyaya səbəb ola bilər.

Virusun yayılmasının qarşısını almaq üçün sığınacaq karantinə alınıb və ictimaiyyətə bağlanıb. "Facebook" açıqlamasında, pişiklərin bu virusa xüsusilə həssas olduğu, infeksiyanın ilk əlamətlərinin yüngül ola biləcəyi, ancaq sətəlcəmə bənzər şərtlər səbəbiylə sürətlə irəlilədiyi, çox vaxt 24 saat ərzində ölümlə nəticələndiyi ifadə edilib.

ABŞ-da quş qripi uzun müddətdir ki, ev quşlarına təsir edir. Bununla belə, virus ilk dəfə 2024-cü ilin martında mal-qaraya yoluxmağa başlayıb. 2024-cü ilin aprelindən bəri ABŞ-da ümumilikdə 61 quş qripi hadisəsi qeydə alınıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) geniş ictimaiyyət üçün riskin az olduğunu və insanlar arasında davamlı yoluxma olmadığını açıqlayıb. Əksər hallarda yüngül simptomlar olsa da, bu ay Luiziana ştatında bir nəfər ağır quş qripi ilə xəstəxanaya yerləşdirilib.

Keçən həftə Kaliforniya qubernatoru Gavin Nevsom ştatın süd inəkləri arasında baş verən epidemiyaya tez reaksiya vermək üçün fövqəladə vəziyyət elan edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri