Türkiyə nəhənglərindən Beşiktaş a dəstək bəyanatları
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Trabzonspor", "Fənərbağça" və "Qalatasaray" klubları Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə güc tətbiq etməsini kəskin şəkildə pisləyiblər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə klubları bununla bağlı sosial şəbəkə hesablarında dəstək bəyanatları yayıblar.
"Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə qarşı zorakılıq edilməsini kəskin şəkildə pisləyirik.
Türkiyə futboluna və azarkeşlərimizə qarşı edilən haqsızlıqlar qarşısında birlikdə dayanmaq və həmrəylik nümayiş etdirmək ən əsas məsuliyyətimizdir.
"Trabzonspor" klubu olaraq "Beşiktaş" ictimaiyyətinin və bu axşam haqsızlığa məruz qalan azarkeşlərinin yanında olduğumuzu bildiririk. Hadisələr zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azarkeşlərə şəfa diləyirik", - deyə Trabzon təmsilçisinin bəyanatında bildirilib.
"Fənərbağça" da "Beşiktaş" klubuna dəstək bəyanatı yayıb:
"Avropada ölkəmizi təmsil edən "Beşiktaş"ın Gürcüstanda keçirdiyi qarşılaşmadan əvvəl və oyun zamanı vətəndaşlarımıza qarşı törədilən hücumları kəskin şəkildə pisləyirik. "Beşiktaş" azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsi qəbuledilməzdir.
"Fənərbağça" İdman Klubu olaraq Türkiyə idmanına və vətəndaşlarımıza qarşı hər cür haqsızlığın əleyhinə olduğumuzu vurğulayırıq".
"Qalatasaray" klubunun yaydığı dəstək bəyanatında isə deyilir:
"Türkiyə klublarının beynəlxalq yarışlarda öz meydanlarında və azarkeşləri qarşısında oynamaq hüququndan məhrum edilməsini qəbul etmirik.
UEFA klublarımıza qarşı bərabərlik prinsipindən uzaq, ikili standartlara əsaslanan təcrübəsinə artıq son qoymalıdır!
Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə qarşı qeyri-mütənasib müdaxiləsini də kəskin şəkildə pisləyirik.
"Qalatasaray" İdman Klubu olaraq "Beşiktaş" klubunun və baş verən hadisələrdən zərər çəkən azarkeşlərin yanında olduğumuzu bildirir, xəsarət alan azarkeşlərə şəfa diləyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















