ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI İran hədəfləri belə vuruldu VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirərək İrana qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə komandanlığın yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ABŞ-nin qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri yeddi saat davam edən əməliyyat zamanı İranın raket və pilotsuz uçuş aparatları infrastrukturu, dəniz qüvvələrinə məxsus obyektlər və sahil müdafiə sistemlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.
Açıqlamaya əsasən, əməliyyat nəticəsində İranın kommersiya gəmiçiliyinə və mülki heyətə təhdid yaratmaq imkanları daha da zəiflədilib.
“Bu hücumlar ABŞ qüvvələrinin İran limanlarına və sahil ərazilərinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını bərpa etdiyi gün həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 15 İyul 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















