Icma.az
close
up
RU
ABŞ ı qarışdıran foto: İlon Maskın anası prezident təyyarəsində

ABŞ ı qarışdıran foto: İlon Maskın anası prezident təyyarəsində

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ananın övladına hər yerdə dəstək verməsi qədər təbii bir şey yoxdur. Lakin əgər o övlad dünyanın ən varlı insanı və ABŞ prezidentinin xüsusi müşaviri statusunu daşıyırsa, bu zaman diqqətlər anaya da yönəlir. Söhbət əlbəttə ki, İlon Maskın anası Maye Maskdan gedir. "Oğlum məşhur olmazdan əvvəl mən məşhur idim" deyən Maye Mask bu dəfə etdiyi təyyarə səfəri ilə gündəm olub.

Qaynarinfo xəbər verir ki, ötən həftəsonu ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Lago malikanəsindən Ağ Evə dönərkən qonaqları da olub.

Əslində, heyət kifayət qədər geniş olub. Məsələn, Melaniya Trampın atası Viktor Knavs da sərnişinlər arasında yer alıb. Lakin əsas diqqət çəkən şəxs prezidentin qaynatası deyil, Mask ailəsinin üç nəslinin birlikdə olması olub.

Texnologiya milyarderi və hazırda prezidentin xüsusi müşaviri titulunu da daşıyan İlon Mask oğlu X Æ A-12 (qısa şəkildə X) və anası Mayeni də yanına alaraq əvvəlcə prezident helikopteri "Marine One", sonra prezident təyyarəsi "Air Force One" və ardınca başqa bir helikopterlə birlikdə Trampla Ağ Evə gedib.



Helikopterdən enərkən İlon Maskın oğlu X, hər zamankı kimi jurnalistlərə əl edən atasının çiyinlərində olub. Maye Mask isə oğlunun yanında yeriyərək jurnalistlərə əl edib. Mask ailəsi jurnalistlərin suallarını cavabsız qoyub. (Maye Mask daha sonra 1,5 milyon izləyicisi olan "Instagram" hesabından Trampa təşəkkür edib.)

Bu gönderiyi Instagram'da gör

Maye Musk (@mayemusk)'in paylaştığı bir gönderi

Maye Maskın prezident təyyarəsinə minməsi qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Bir çox istifadəçi Maskın dövlət vəsaiti hesabına baş tutan bu səfərdə iştirakını sual altına alıb. Demokratlar Partiyasından strategiyaçı Kris Cekson "Bu vəziyyət sadəcə şokedici deyil, daha da betərdir. İlon Mask, kaprizli anası Maye və uşaqlarından biri "Air Force One" və "Marine One"ni şəxsi nəqliyyat vasitələri kimi istifadə edir və birbaşa Ağ Evə gedirlər. Görünür ki, orada qalacaqlar" deyə bildirib.

İlon Maskın oğlu X tez-tez atası ilə birlikdə görüntülənir. Hətta Oval ofisə də daxil olub. Lakin Maye Mask adətən "Met Qala" kimi sosial tədbirlərdə və ya "Twitter"in satın alınması prosesində şirkət görüşlərində oğlu ilə birgə görünür və ya İlon Maskla bağlı paylaşımları ilə diqqət çəkir. Bu səbəbdən Maye Maskın Ağ Evə daxil olması əhəmiyyətli hadisə sayılır.

Maye Mask kimdir?

76 yaşlı Maye Mask tez-tez oğlu ilə bağlı mövzularda gündəmə gəlir, lakin özü də kifayət qədər tanınmış şəxsdir. O, "dünyanın ən varlı insanının anası" olmazdan əvvəl uğurlu model karyerası ilə seçilib.

"Vogue" və "Time" kimi məşhur jurnalların üz qapaqlarında yer alan, 2014-cü ildə Beyonsun "Haunted" klipində rol alan, müxtəlif kosmetik məhsullardan pəhriz səhər yeməyi taxıllarına qədər bir çox markanın siması olan Maye Mask 2016-cı ildə "The New York Times"a verdiyi müsahibədə bunu belə ifadə edib: "İlon məşhur olmazdan əvvəl mən məşhur idim."


Mask ailəsinin digər üzvləri də öz sahələrində tanınır. Maye Maskın soyadını daşıdığı sabiq həyat yoldaşı Errol Mask Zambiyada zümrüd mədəni işlətmiş sahibkar və mühəndis olub. İlon Maskın qardaşı Kimbal Mask "The Kitchen Restaurant Group" və "Big Green" təşkilatlarının qurucusudur. Bacısı Toska Mask isə "Passionflix" adlı video platformasının yaradıcısı və mükafatlı rejissor və prodüserdir.

Çətinliklərlə dolu həyat

Kanada əsilli Cənubi Afrikalı olan Maye Mask 15 yaşından model kimi fəaliyyətə başlayıb. 1969-cu ildə "Miss South Africa" gözəllik yarışmasında finala qədər yüksəlib. O, üç uşağını təkbaşına böyütməklə yanaşı, iki magistr dərəcəsi əldə edib və model karyerası ilə yanaşı, dietoloq kimi də çalışıb.

1989-cu ildə uşaqları ilə birlikdə Yohannesburqdan Kanadaya köçən Maye Mask eyni anda beş işdə çalışmalı olduğunu bildirib. Toronto Universitetində tədqiqatçı işləyərək uşaqlarının ödənişsiz oxumasını təmin edib, axşamlar isə modellik və qidalanma dərsləri verib.

İlk maaşı ilə ucuz xalça alaraq yaşadığı köhnə mənzilin döşəməsini örtüb, daha sonra İlonun işləyə bilməsi üçün kompüter alıb. O illərdə bazar günləri ənənəvi ət yeməyi belə ala bilmədiklərini, bir müştərinin hər ay hədiyyə etdiyi böyük bir ət parçasını dörd yerə bölərək həftəlik payladıqlarını xatırladıb.

Maye Mask "Uşaqlarıma heç vaxt kömək etmədim" deyərək onların öz məsuliyyətlərini daşımalı olduğunu vurğulayıb. Anasının dediyinə görə, İlon Mask cəmi 14 yaşında investisiyaya maraq göstərib və ona sərmayə qoyması üçün 1000 Rand verib.

Mask ailəsinin yüksəlişi

İlon və Kimbal Mask "Zip2" startapını quranda Maye Mask 10.000 dollar yığıb onlara verib və bu sərmayəni "həyatının ən yaxşı yatırımı" adlandırıb. O, həmçinin şirkətin planlaşdırılması, ofis ehtiyacları və digər məsələlərdə dəstək olub.

"Zip2" uğur qazandıqdan sonra Maye Mask uşaqlarının ona söz verdiyi hədiyyələri - gerçək ev və maşını - almasını təmin edib.


Supermodel və nənə

2011-ci ildə "New York Magazine" üçün çəkilən açıq-saçıq fotoları ilə gündəm olan Maye Mask 70 yaşlarında da modellik karyerasını davam etdirib və 2017-ci ildə "CoverGirl" markasının ən yaşlı siması olub.

2022-ci ildə "Sports Illustrated" jurnalında çəkilən fotoları ilə "ən yaşlı üz qapağı modeli" adını qazanıb. Həmin dövrdə verdiyi müsahibədə "İnsanlara 70 yaşındakı qadınların da gözəl olduğunu göstərmək məni həyəcanlandırır" deyib.

Maye Mask hazırda da sosial şəbəkələrdə tez-tez nəvələri ilə bağlı paylaşımlar edir və "Üç gözəl uşağım və bir çox nəvəm olduğu üçün çox şanslıyam" sözləri ilə ailəsinə olan bağlılığını ifadə edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri