Icma.az
close
up
RU
ABŞ iki yeni PUA təqdim edib

ABŞ iki yeni PUA təqdim edib

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ Hərbi Hava Qüvvələri və Anduril Fury kimi tanınan YFQ-44A pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
Reyting.az
xəbər verir ki, bu barədə “The War Zone” hərbi-texniki portalı məlumat yayıb.
Başqa bir şirkət “General Atomics” də bu yaxınlarda YFQ-42A adlandırdığı oxşar silahın şəklini paylaşıb. Orada göstərilən pilotsuz təyyarənin həqiqətən uçuşlar üçün istifadə edilib-edilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, hər iki PUA ABŞ Hərbi Hava Qüvvələrinin Kollaborativ Döyüş Təyyarələri (CCA) adlı proqramı çərçivəsində hazırlanır.
Beləliklə, Next-Generation Air Dominance (NGAD) təşəbbüsünün bir hissəsi olan proqram bir anda iki yeni PUA-nın - YFQ-44A və YFQ-42A-nın yerüstü sınaq mərhələsinə daxil olub.
Xatırladaq ki, NGAD altıncı nəsil qırıcının yaradılması üzrə ABŞ Hərbi Hava Qüvvələri və təyyarə istehsalçılarının birgə layihəsidir. Öz növbəsində, Collaborative Combat Aircraft ABŞ pilotlu təyyarələri ilə yanaşı uçacaq qondarma “sadiq qanadlılar”ın yaradılmasını nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, söhbət əslində hava döyüşü konsepsiyasını dəyişə biləcək ilk nəsil pilotsuz qırıcılardan gedir, çünki belə İHA-lar “F-35” və ya “F-22” kimi pilotlu təyyarələr üçün riskləri azalda bilər.
YFQ-44A-nın uzunluğu 6,1 m, qanadlarının genişliyi isə 5,2 m olduğu təxmin edilir. Təyyarənin maksimal uçuş çəkisi 2200 kq-dan çoxdur. Onlar gələcəkdə yerdəki təyyarələrə və hədəflərə hücum etmək üçün öz silahlarını daşıya, həmçinin səmada kəşfiyyat təyyarələri və rabitə qovşaqları rolunu oynaya biləcəklər.
Hazırda amerikalılar “F-47” adlandırılan “tam hüquqlu” altıncı nəsil qırıcı yaratmağa davam edirlər. Təyyarə istehsalçısı kimi “Boeing” seçilib. Məlumdur ki, ABŞ bundan əvvəl qırıcının eksperimental versiyasını sınaqdan keçirməyə başlamışdı.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri