Icma.az
close
up
RU
ABŞ ilə Aİ nin toqquşan maraqları “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab ŞƏRH

ABŞ ilə Aİ nin toqquşan maraqları “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab ŞƏRH

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın ərazi bütövlüyünün təmin olunmaması səbəbləri zaman keçdikcə aşkarlanır. Bu ölkənin taleyinə yanaşma beynəlxalq güclərin münasibətinin lakmusu rolundadır.

Bunların ən vacibi, başlıcası müttəfiqlər - ABŞ ilə Böyük Britaniya və Avropa İttifaqı arasında son 10 ildə artan ziddiyyətdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfərinin ardınca Londona getməsi müttəfiqlər arasında anlaşılmazlıqların olduğunu təsdiqlədi.

Çünki ukraynalı liderdən öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda fransalı həmkarı Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşmüşdü.

Elə zənn edilirdi ki, avropalı müttəfiqlər Ağ evin indiki sahibi ilə Ukrayna məsələsində orta məxrəcə gəliblər. Bir çoxları isə ABŞ ilə Ukrayna arasında təhlükəsizlik və faydalı qazıntılara dair razılaşmanın imzalanacağını ehtimal edir, proqnozlaşdırırdılar.

Belə ehtimalı irəli sürməyə Trampın Zelenski ilə bağlı əvvəlki fikrini dəyişməsi də əsas verirdi.

Ancaq ABŞ liderinin Emmanuel Makronla mətbuat konfransında Rusiya aktivlərinin Ukraynaya veriləcəyi ilə bağlı fikir ayrılığı, mübahisəsi Avropa İttifaqı ilə Ştatlar arasında anlaşılmazlığın olduğundan xəbər verirdi.

Krallığın Baş nazirinin də açıqlamalarında Ukraynanı müdafiə edəcəkləri vurğulanırdı.

Odur ki, Zelenksinin Vaşinqtona səfəri müttəfiqlər arasında üç il öncəki birliyin olmadığını isbatladı.

Kir Starmerin Zelenskini ev sahibi olaraq qucaqlamasını Böyük Britaniyanın Ukraynanı himayəsinə götürməsi kimi də dəyərləndirirlər. Yeri gəlmişkən o, Türkiyədə səfərdə olanda Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna liderini çətiri altına almış vəziyyətdə fotoları yayılmışdı.

Hər iki jesti diplomatik dildə himayədarlıq sayırlar. Başqa sözlə, Britaniya və Türkiyə Ukraynaya yardım edə bilər.

Britaniya kralı III Çarlzın Zelenskini qəbul etməsi də bu proseslərə təkan verən hadisələrdən sayılır.

Martın 2-də Londonda Avropa ölkələri liderlərinin Ukraynanı dəstəkləməsinə aid rəsmi olmayan toplantısı keçirilib.

Bu toplantıda əsasən üç məsələ müzakirə edilib:

- Avropanın sülh baxışının hazırlanması;

- Ukraynanın dəstəklənməsi;

- ABŞ ilə təmasların bərpası.

Bu, Avropa liderlərinin həm də ABŞ ilə Ukrayna arasında vasitəçiliyidir. Çünki strateji tərəfdarlar arasında Ştatların Rusiya ilə əlaqələri bərpasına, danışıqları davam etdirməsinə münasibət birmənalı deyildi. Heç Moskva da Avropanı xoş xatırlamır.

Sergey Lavrov

Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ni müdafiə edərək bildirib ki, son 500 ildə dünyanın bütün faciələri Avropada doğulub, ABŞ təhrikçi olmayıb. O, Donald Trampı “praqmatik” adlandırıb.

Anlaşılmazlıqlara, Rusiyanın yanaşmasına baxmayaraq, Ukrayna Prezidenti ABŞ-nin şərtlərinə, o cümlədən faydalı qazıntılara dair müqavilə bağlamağa hazır olduğunu bildirib. Ştatların ondan tələblərindən biri Zelenskinin istefasıdır. Ukrayna Prezidenti bunu ölkəsinin NATO-ya üzvlüyü ilə mübadilə etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, onu seçkidən yalnız ölkəsinin seçiciləri kənarlaşdıra bilər.

Zelenskinin müsahibələri, keçirdiyi görüşlər ABŞ üçün də müəyyən çətinlik yaradıb. Çünki o, RF ilə danışıqları əsasən, Ukrayna məsələsi üzərində qurmuşdu. Ancaq rəsmi Vaşinqtonun Zelenskiyə münasibəti vəziyyəti dəyişib.

Qeyd edək ki, Ukrayna lideri Londonda Almaniya, Fransa, Danimarka, Niderland, Norveç, Polşa, İspaniya, Polşa, Kanada, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri ilə görüşüb. Türkiyənin XİN başçısı Hakan Fidan, Avropa komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının başçısı Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rutte də danışıqlara qoşulublar.

Onların yanaşması da maraqlıdır. Mark Rutte sammitdən sonra bildirib ki, Ukrayna ilə bağlı hələlik razılaşma yoxdur. Onun sözlərinə görə, davamlı sülhü təmin etmək üçün avropalılar Ukraynada fəallıq göstərməlidir. Ursula fon der Lyayen bildirib ki, Avropa yenidən silahlanmalı və ən pisinə hazırlaşmalıdır.

Polşanın Baş naziri Donald Tusk sammitin nəticələrini şərh edərkən yazıb: “Avropa oyanıb”.

Xatırladaq ki, Aİ Ukraynaya hava hücumundan müdafiə sistemləri və 1,5 milyon artilleriya mərmisinin daxil olduğu 6 milyard avro dəyərində böyük hərbi yardım paketi hazırlayır. Həmçinin Londonda keçirilən sammitdən sonra Britaniya Ukraynaya 5 min hava hücumundan müdafiə raketi almaq üçün daha 1,6 milyard funt-sterlinq ayıracağını bildirib.

Hadisələrə əsasən, belə qənaətə gəlmək olar ki, ABŞ və Avropa İttifaqı arasında qarşıdurma Prezident Donald Trampın prezidentliyinin birinci dönəmindəki hadisələrin davamıdır. Onda Tramp Avropa İttifaqını Rusiya ilə iqtisadi-ticari əlaqələri saxladığına görə tənqid edirdi. Eyni zamanda, müdafiə xərclərini artırmalarını da istəyirdi. Hətta, ABŞ Almaniyadakı 52 minlik qoşununun sayını 25 minədək azaltmağı planlaşdırırdı. İndi sanki iki müttəfiqin yeri dəyişib.

Avropalılar Ştatların qitə ölkələrinə təzyiqlərini etiraf edirlər. Britaniyanın ticarət naziri Duqlas Aleksander yerli radioya müsahibəsində bildirib ki, Ağ Evdə baş verən məlum hadisə təkcə narahatedici və ayıq-sayıq olmaq üçün siqnal deyil: “Bu, həm də son 80 ildə hamımızın yaşadığımız dünyanın ən kəskin şəkildə nə dərəcədə dəyişdiyini nümayiş etdirdi. O, Volodimir Zelenskini Uinston Çörçilldən sonra “Avropanın ən cəsarətli siyasi lideri” adlandırıb.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə azad dünyaya yeni liderin lazım olduğunu vurğulayıb.

Bu iki çıxış birbaşa olmasa da, dolayı yolla ABŞ-nin İkinci Dünya müharibəsindən sonra Avropa təzyiqlərinə və liderliyinə qarşı çıxışlardır.

Belə ehtimal edilir ki, ABŞ ilə təmasların bərpa olunması bir neçə gündə baş verə bilər. İttifaqın Ukraynaya yardımla bağlı qərarlarının martın 6-da keçiriləcək Zirvə toplantısında veriləcəyi gözlənilir.

Bu, Avropa İttifaqının Ukrayna uğrunda savaşda fəallaşması deməkdir. Qitə ölkələri bu məsələdə ABŞ-nin rəsmi Kiyevə silah və hərbi texnika tədarükünü dayandıracağı halda, onu əvəzləməyi üzərilərinə götürməsini də nəzərdən keçirə bilərlər. NATO əsasən, Avropanın təhlükəsizliyi, İttifaqda quruma üzv ölkələrin vahid iqtisadi-ticarət məkanında fəaliyyəti üçün təsis edilib. Hər iki qurum ABŞ-nin təşəbbüsü ilə yaradılıb. Yəni, Ştatlar onların bir-biri ilə savaşlardan çəkindirərək, vahid məkanda birləşməsinə yardım edib. Bunun ardınca 80 ilə yaxın müddətdə Avropa İttifaqı və NATO-dan keçmiş sovet ölkələrinə, indi isə Rusiya və Çinə təzyiqlər göstərir.

Ukraynalıların bu iki quruma üzv olmaq üçün ərazilərinin bir hissəsi ilhaq olunub, ərazi bütövlüyü və suverenliyi pozulub. Deməli, bu məsələdə ABŞ və Avropa İttifaqı eyni dərəcədə məsuliyyət daşıyır. Yoxsa, elə Ukrayna Rusiya ilə ənənəvi şəkildə ortaq maraqlar formalaşdırıb birgə yaşaya bilərdi...

Ukrayna hadisəsi isə qitə ölkələrini silkələyərək ayıldıb. Deyəsən, onlar da öz maraq və mənafelərini siyasi müstəviyə çıxarmağa başlayıb. London sammitində Starmerin Zelenskini qucaqlaması da buna işarədir. Odur ki, İttifaq və Böyük Britaniyanın Ukraynaya ABŞ-dən daha səmərəli yanaşması vacibdir.

2022-ci ilin aprelində Krallığın keçmiş xarici işlər naziri Liz Tras “Britaniyanın Yeni dünya doktrinası”nı açıqlamışdı: “Ukraynanın taleyi tükdən asılıdır. Putin uğur qazanarsa, Avropa bütün dünya üçün misilsiz iztirablar və dəhşətli nəticələrlə üzləşəcək. Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik”.

O bildirmişdi ki, avropalılar uzun bir səyahətə hazır olmalıdır: “Biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Böhran zamanı göstərdiyimiz birliyi biz də keçməliyik. Yenidən başlamalıyıq, yanaşmamızı yenidən dizayn etməliyik”... .

Britaniyanın Ukrayna məsələsində təşəbbüskarlığı da bu doktrinadan doğur.

Bir də Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddət ərzində vasitəçilərin bu kimi tələb və təzyiqləri ilə üzləşib. Azərbaycanda da yaranmış vəziyyətə görə hakimiyyət dəyişiklikləri baş verdi, cəhd oldu. Ancaq bu hadisələr, demokratiya oyunları torpaqların işğaldan azad olunmasına yardım etmədi...

Odur ki, ABŞ və Avropa İttifaqının Ukrayna uğrunda toqquşan maraqlarının mənəvi, maddi, psixoloji faydasını hazırkı şəraitdə daha çox Rusiya görür.

Təcrübə sübut edir ki, belə bir şəraitdə prezidentin dəyişməsi, yaxud hakimiyyət çevrilişi ərazi bütövlüyünə, təhlükəsizliyə təminat vermir. Əksinə, ölkədaxili ziddiyyətləri daha da artırır. Bu baxımdan Ukraynanın sərvətləri qarşılığında ərazi bütövlüyü, suverenlik və təhlükəsizlik daha məntiqidir. Ştatlar və Avropa Ukraynanı özünə bu halda etibarlı müttəfiq edə bilər. Onların qarşıdurması isə dünyanın daha bir istiqamətdə parçalanmasına şərait yaradar.

ABŞ ilə Ukraynanın sülh sazişi və təhlükəsizlik məsələlərinə dair mübahisəsi isə “toyuq, yoxsa yumurta birinci olub” sualının cavabının tapılmasına oxşayır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Mart 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri