Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Derbidə heç heçə, Mançester klublarının çətin qələbəsi

Derbidə heç heçə, Mançester klublarının çətin qələbəsi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Premyer-liqada 13-cü tur güzəştsiz mübarizə şəraitində keçdi.

"Football-plus.az" xəbər verir ki, yeganə heç-heçə turun mərkəzi oyununda – London derbisində qeydə alındı.
Qeyd etməyə dəyər ki, “Çelsi” Kaysedonun birbaşa “qırmızı”sı üzündən 38-ci dəqiqədən azlıqda oynadı. “Liverpul” ardıcıl iki məğlubiyyətdən sonra səfərdə “Vest Hem” üzərində qələbə qazandı. Mançester klubları da qələbəyə sevindi. “Siti” “Lids”in müqavimətini qırdı, “Yunayted” “Kristal Pelas”la oyunda əzmkarlıq göstərdi.
Girişdə vurğuladığımız kimi, turun mərkəzi oyununda liderlər – “Arsenal”la “Çelsi” üz-üzə gəldi. Futbolçular ilk dəqiqələrdən güzəştə getmək niyyətində olmadığını göstərdi. Artıq 13-cü dəqiqəyə qədər üç futbolçu sarı vərəqə ilə cəzalanmışdı. 38-ci dəqiqədə “Çelsi” azlıqda qaldı. Ona görə ki, Kaysedo mərkəzdə açıq ayaqla Merinonun topuğuna zərbə vurdu. VAR otağından gələn mesajdan sonra Entoni Teylor ekvadorlunu meydandan qovdu. Fasilə ərəfəsində Martinelli hesabı aça bilərdi, ancaq Sançes yenə inamlı oynadı. 2-ci hissənin əvvəlində “zadəganlar” irəli çıxdı. Ceymsin künc zərbəsindən ötürməsindən sonra Çaloba fərqləndi. Ruhdan düşməyən “topçular” 10 dəqiqə sonra hesabı bərabərləşdirdi. Sona qədər hər iki komandanın fərqlənmək şansı olsa da, tablodakı rəqəmlər dəyişmədi. 1:1 oyunun axarına uyğun hesabdı.
“Vest Hem” – “Liverpul” oyunu çox aşağı tempdə başladı. Mersisaydlılar ilk təhlükəli vəziyyəti hissənin ortalarında yaratdı. İsak zərbə vursa da, “çərçivə”yə düşmədi. Fasilə ərəfəsində Virts də əlverişli imkanı qaçırdı. Yalnız 60-cı dəqiqədə çempion “çəkicdöyənlər”in qapısına yol tapdı. Qakponun ötürməsindən sonra İsak hesabı acdı. “Vest Hem”in oyunçuları hücumlar qurmağa çalışsalar da, Paketa onların məğlubiyyətdən qurtulmaqla bağlı bütün ümidlərini qırdı. Braziliyalı yarımmüdafiəçi sona 6 dəqiqə almış hakimlə danışığa görə ardıcıl iki sarı vərəqə aldı. “Liverpul” uzatma dəqiqələrində 2-ci qolu da vurdu.
“Lids”i qəbul edən MS ciddi çətinlik çəkdi. Artıq 1-ci dəqiqədə hesabı açan “şəhərlilər” hissənin ortalarında Qvardiolun sayəsində 2-ci qolu da vurdu. “Lids” ilk yarıda “çərçivə”yə bir zərbə də vurmamışdı. Qonaqların çalışdırıcısı Daniel Farke fasilədə iki dəyişlik etdi və bunlardan biri işə yaradı. Yenicə meydana çıxan Kalvert-Lüin 49-cu dəqiqədə Nunyeşin səhvindən yararlandı və intriqanı bərpa etdi. 68-ci dəqiqədə isə “Lids” penalti qazandı. Bu dəfə də baş rolda Kalvert-Lüin idi. “Nöqtə”yə yaxınlaşan Nmeça Donnarumma ilə ilk dueldən məğlub ayrılsa da, təkrar zərbəsi dəqiq oldu. Yalnız hesab bərabərləşəndən sonra “Siti”nin futbolçuları ayıldı. “Şəhərlilər” bu fəallığın nəticəsi kimi 1-ci uzatma dəqiqəsində yenidən irəli çıxdı. “Lids”in hesabı bərabərləşdirmək üçün gücü qalmamışdı.
“Yunayted” “Kristal Pelas”ın qonağı idi. İlk yarıda daha fəal təsir bağışlayan londonlular fasilə ərəfəsində hesabı açdı. Mateta özü qazandığı penaltini qola çevirdi. “Qırmızı şeytanlar” 2-ci hissəyə çox fəal başladı ki, bu da dərhal nəticədə əksini tapdı. 54-cü dəqiqədə Zirkzee “status-kvo”nu bərpa etdi. 9 dəqiqə sonra isə Amorimin komandası hesabda önə keçdi. Fernandeşin ötürməsindən sonra Maunt fərqləndi. MY əzmkar qələbə sayəsində 7-ci pilləyə yüksəldi.
“Tottenhem”in qara zolağı davam edir. “Mahmızlar” London derbisində “Fulhem”i qəbul etdi. Oyunun əvvəli “Tottenhem” üçün faciəvi alındı. Artıq 6-cı dəqiqəyə qədər “bağbanlar” iki qol vurmuşdu. Kudus 2-ci hissənin ortalarında intriqanı bərpa etsə də, “mahmızlar” bundan artığına qadir deyildi.
“Nyukasl” səfərdə “Everton”u darmadağın etdi. “Sağsağanlar” artıq ilk yarıda üç cavabsız qol vurdular. 58-ci dəqiqədə Tiav hesabı 0:4 etdi. “Everton”un oyunçularının, daha dəqiqi, Dyusberi-Hollun gücü təsəlli qoluna çatdı. “Brayton” da səfər qələbəsinə sevindi. “Nottingem Forest”lə oyunda hesabı hissənin sonunda De Keyper açdı. “Meşəçilər” hesabı bərabərləşdirmək üçün irəli atıldı, ancaq Simasın 88-ci dəqiqədəki qolu oyunun taleyinə aydınlıq gətirdi.
“Bornmut”u qəbul edən “Sanderlend”in futbolçuları növbəti dəfə xarakter göstərdi. “Albalılar” 15-ci dəqiqədə qədər iki qol vurdu. Xüsusən də Adamsın 43,3 metrdən vurduğu qolu qeyd etməyə dəyər. Amma fasiləyə qədər fərqi azaldan “Sanderlend” 2-ci hissədə daha iki dəfə fərqlənməklə əzmkar qələbə qazandı.
“Bernli”ni qəbul edən “Brentford” və aşkar autsayder “Vulverhempton” ilə qarşılaşan “Aston Villa” da bu tur hesabına 3 xal yazdı.
13-cü tur
Çelsi – Arsenal 1:1

Çaloba, 48 – Merino, 59. (39820)
Çelsi: Sançes, Hüsto, Fofana, Çaloba, Kukurelya, Ceyms, Kaysedo, Estevao (Qarnaço, 46), Fernandes, Neto, Pedro (Delap, 55).
Arsenal: Rayya, Timber, Moskera, İnkapye, Kalafyori (Lüis-Skelli, 46), Eze (Dyökereş, 72), Subimendi (Edeqor, 57), Rays, Saka, Merino, Martinelli (Madueke, 57).
Vest Hem – Liverpul 0:2
İsak, 60. Qakpo, 90+3. (62469)
Liverpul: Alisson, Qomes, Konate, Van Diyk, Kerkez (Robertson, 85), Qravenberx, Makallister, Qakpo, Soboslai, Virts (Cons, 76), İsak (Ekitike, 68).
Mançester Siti – Lids 3:2
Foden, 1; 90+1. Qvardiol, 25 – Kalvert-Lüin, 49. Nmeça, 68. (52483)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, Reynders (Şerki, 75), Niko, B.Silva (Marmuş, 89), Foden, Holann, Dokyu (Stounz, 90+6).
Kristal Pelas – Mançester Yunayted 1:2
Mateta, 36-p. – Zirkzee, 54. Maunt, 63. (25832)
MY: Lammens, Yoro (Mazraui, 55), Şou (Martines, 83), Dyallo (Dorqu, 90+1), Kazemiro, Fernandeş, Dalot, Mbemo (Maynu, 90+1), Maunt, Zirkzee.
Tottenhem – Fulhem 1:2
Kudus, 59 – Tete, 4. Uilson, 6. (60546)
Tottenhem: Vikario, Porro, Danso, Van de Ven, Udoci (Tel, 85), Palyinya (Bentankur, 60), Qrey (Odober, 60), Kudus, Berqvall (Sarr, 77), Rişarlison (Simons, 60), Kolo-Muani.
Brentford – Bernli 3:1
Tyaqo, 81-p.; 86. Uattara, 90+2 – Flemminq, 85-p. (17176)
Sanderlend – Bornmut 3:2
Le Fe, 30-p. Traore, 46. Brobbi, 69 – Adli, 7. Adams, 15. (46973)
Everton – Nyukasl 1:4
Dyusberi-Holl, 69 – Tiav, 1; 58. Mayli, 25. Voltemade, 45. (51135)
Aston Villa – Vulverhempton 1:0
Kamara, 67. (42139)
Nottingem Forest – Brayton 0:2
De Keyper, 45+1. Simas, 88. (30522)
1. Arsenal 13 9 3 1 25-7 30
2. Mançester S. 13 8 1 4 27-12 25
3. Çelsi 13 7 3 3 24-12 24
4. Aston Villa 13 7 3 3 16-11 24
5. Brayton 13 6 4 3 21-16 22
6. Sanderlend 13 6 4 3 17-13 22
7. Mançester Y. 13 6 3 4 21-20 21
8. Liverpul 13 7 0 6 20-20 21
9. Kristal Pelas 13 5 5 3 17-11 20
10. Brentford 13 6 1 6 21-20 19
11. Bornmut 13 5 4 4 21-23 19
12. Tottenhem 13 5 3 5 21-16 18
13. Nyukasl 13 5 3 5 17-16 18
14. Everton 13 5 3 5 14-17 18
15. Fulhem 13 5 2 6 15-17 17
16. Nottingem Forest 13 3 3 7 13-22 12
17. Vest Hem 13 3 2 8 15-27 11
18. Lids 13 3 2 8 13-25 11
19. Bernli 13 3 1 9 15-27 10
20. Vulverhempton 13 0 2 11 7-28 2
Bombardirlər: Holann (MS) – 14, Tyaqo (Brentford) – 11, Uelbek (Brayton), Mateta (Kristal Pelas) - 7.
Turun rəqəmi
300 – Lük Şou MY-nin heyətində oyun sayını bu həddə çatdırdı. 30 yaşlı müdafiəçi 2014-cü ildən bu klubun şərəfini qoruyur. MY ilə İngiltərə Superkubokunu, Liqa kubokunu və Avropa Liqasını qazanıb.
Turun ulduzu
File Foden (MS) – Holannın oyununun alınmadığı məqamda komandasının köməyinə çatdı. “Lids”lə oyunda dubl etdi. Bu temp ilə davam edərsə, yığmanın məşqçi korpusunun diqqətini çəkə bilər.
Turun sitatı
Con Terri, “Çelsi”nin sabiq kapitanı:

“Düşünürəm ki, rəqibdən daha yaxşı oynadıq, bir saatdan artıq azlıqda olmağımıza baxmayaraq. İlk yarıda yalnız bir komanda təşəbbüsə malik idi, qələbəyə can atırdı, aqressiv oynayırdı. Təəssüf ki, hakimlər ilk 15 dəqiqədə üç sarı göstərməklə oyunu öldürdülər. Ancaq Kaysedonun qovulmasıyla bağlı mübahisə etməyəcəm. Yalnız bir komanda qələbə qazanmağa çalışırdı ki, o da “Çelsi” idi. Biz azarkeşlər məmnunluq duymalıyıq. Ona görə ki, son həftələrdə hamıya qalib gələn “Arsenal” çempionluq yarışında bizdən uzaqlaşa bilmədi”.


Faktlar
* Salah Slotun “sükan arxasında” olduğu 51-ci oyunda ilk dəfə “Liverpul”un start heyətinə düşmədi. Misirli vinger ötən mövsümün 38, bu mövsümün 12 oyununda ilk dəqiqədən meydanda olmuşdu.
* Fernandeş MY-nin heyətində premyer-liqada məhsuldar ötürmə sayına görə 4-cü pilləyə yüksəldi. “Kristal Pelas”la oyunda iki məhsuldar ötürmə verən portuqaliyalı ulduz belə ötürmələrin sayını 56-ya çatdırdı. O, bu göstəricidə Pol Skoulzu (55) arxada qoydu. İlk üç pillədə Rayan Giqqz (162), Ueyn Runi (93) və Devid Bekhem (80) qərarlaşıb.
* “Çelsi”nin oyunçuları bu mövsüm artıq bütün ötən mövsümdəkindən çox qırmızı vərəqə alıb. Kaysedo meydandan qovulan 4-cü oyunçu oldu. Ona qədər Sançes, Çalova və Hüsto da belə cəzalanmışdı. “Çelsi”nin oyunçuları ötən mövsüm cəmi iki dəfə qovulmuşdu.
* Emeri “Aston Villa”nın premyer-liqada qələbə sayına görə rekordunu təkrarladı. Brimingemiləri 114-cü oyuna çıxaran ispaniyalı mütəxəssis 61-ci qələbəsini qazandı. O, Con Qreqori ilə Martin O’Nilin rekordunu təkrarladı. Emeri 2022-ci ildən “Aston Villa”nı çalışdırır.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Əlbəttə, bir yüngüllük hiss edirik. Bu qədər məğlubiyyətdən sonra qələbə çox vacib idi. Rəqibə bir qol vəziyyəti də yaratmağa imkan vermədik. Komanda istədiyim kimi oynadı. İsakın fərqlənməsi də önəmli hadisədi”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Düşünürəm ki, doğru istiqamət üzrə irəlilədiyimizi göstərdik. Möhtəşəm oyun oldu, bərabər heyətlərlə oynayanda biz daha yaxşıydıq. Azlıqda qalanda vəziyyət çətinləşir, ancaq bunun öhdəsindən əla gəldik. Daha yaxşı qərarlar verməyə, boş zonalar tapmağa çalışırdıq. Bu gün qalib gələ bilməsək də, nəticədən razı olmalıyıq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Çətin oyun idi. Hər iki komanda intensiv və aqressiv oynayır. Hər “sürüşmə” fəndində belə oyunun önəmi duyulurdu. Bu da normaldı, hər birimiz premyer-liqada çempionluq üçün oynayırıq. Sarı vərəqəsi olan dörd oyunçumuz var idi. Açıq-aydın görünürdü ki, rəqib onlardan birinin qovulmasına, heyətlərin bərabər olmasına çalışır. İkinci hissənin əvvəlində toparlana bilmədik, belədə rəqib qol vurdu. Emosiyaların öhdəsindən gəlməliydik. Özümüzə gəlmək üçün müəyyən vaxt tələb olunurdu. Ardından gözəl qol vurduq və daha iki-üç yaxşı vəziyyət yaratdıq. Həftə həçm emosional, həm də fiziki baxımdan ağır keçdi, çətin rəqiblərlə oynadıq. Bura səfər ərəfəsində iki aparıcı oyunçumuzu itirdik. Rəqiblə müqayisədə bərpa üçün vaxtımız bir gün az olmuşdu. “Çelsi” burda – “Stemford Bric”də yenicə Avropanın ən yaxşı komandalarından biri “Barselona”nı məğlub edib. Bəzi oyun aspektlərində çətinlik çəkəcəyimizi bilirdim. İkinci hissənin əvvəlində rəqibin irəli çıxması bizdə emosional durum yaratdı, sonra vəziyyəti qaydasına sala bildik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri